Əziz oxucu, biznesin müxtəlif sahələri, müxtəlif istiqamətləri var və biz bilirik ki, işçilər biznesin ən vacib elementidir. Başqa sözlə desək, güclü biznesmen əslində insanları yaxşı idarəetməyi bacaran şəxsdir. Çalışdığınız biznesin tipindən asılı olmayaraq, əgər özünüzü güclü işçi götürmək, şirkətinizə yeni qan vermək istəyirsinizsə mütləq və mütləq FMCG (fast moving consumer goods – tez istehlak edilən gündəlik tələbat malları) təcrübəsi olan adamları işə qəbul edin. Bilirsiz niyə?
İlk əvvəl qeyd etmək istəyirəm ki, biznesin tipindən asılı olaraq oradan olan işçilərin xasiyyətləridə fərqli olur. Məsələn, bank sektorunda işləyən insanlar adətən çox tənbəl, gec reaksiya verən, real biznesi rəqəmlərlə düşünən olurlar. Pərakəndə ticarətdə işləyən adətən ticari düşünən, qısamüddətli qərarlar verirlər. Mobil operatorlarda işləyənlər daha çox böyük büdcələrə öyrəşir və real iqtisadiyyatda özünü göstərə bilmirlər və s. Amma FMCG sektorunda real iş təcrübəsi olan insan həqiqətəndə biznesin sektorunda asılı olmayaraq daha yaxşı işləyə bilir. Niyələrini deyim…
Əziz oxucu, FMCG biznesin bazasını praktikada çox yaxşı başa salır. Məhz buna görədə bu sahədə uğuru olmuş insanları digər sektorlardan işə götürmək çox effektiv olur. Bankda işləyən insanın FMCG-də uğurlu olması çox təəcüblü olsada, FMCG adamı bank sektorunda çox yenilik edə bilər.
Bu sektordan rahat bençmarkinq etmək olur. Səbəb çox sadədir, gündəlik istehlak malları bazarı sadə və hamı tərəfindən başa düşülən, iqtisadi prinsiplərlə idarə edilir. Məhz bu baxımdan bençmarkinq FMCG-dən daha sistemli olur. Özünüz, sınayın… əminəm razılaşacaqsınız.
Müəllif: İlkin Manafov
Mənbə: http://www.ilkinmanafov.com/