Ümumiyyətlə əgər biznes sahəsinin bir parçasısınızsa, fərqi yoxdur fərdi fəaliyyət göstərirsiz yaxud şirkət nəznində və əsasda fərqi yoxdur mal istehsal edirsiniz yoxsa xidmət, əsas olan odurki ilk öncə necə satacam necə gəlir əldə edəcəm fikrində olmayasınız. Məhsulunuz üçün mümkün dərəcədə yaxşı dəyər yaratmağa çalışmalısınız.
Məhsulunuzun dəyəri müştərilər tərəfindən rəğbətlə qarşılandığı zaman, onlar məhsul üçün istədiyiniz pulu sizə ödəyib o məhsulu almağa can atacaqlar. Hətta yaxınlarınada, doğmalarınada sizin məhsulunuz haqqında xəbər edəcəklər. Gəliri düşünməyərək məhsulunuza dəyər qatacaqsınız və əvəzində möhtəşəm gəlirlər əldə edəcəksiniz. Bu dəyərlər müxtəlif cür ola bilər deyə düşünürəm. Bəlkədə məqsədiniz dünyanı dəyişdirmək olacaq Steve Jobs kimi. Məqsədiniz insanlara daha rahat yaşam tərzi, daha lüks yaşam tərzi bəxş etmək istəyi ola bilər.
Amma sonunda dünyanın ən dəyərli markasını ortaya qoyarsınız və həm şirkətə həmdə özünüzə milyardlar qazandırarsınız. Digər bir dəyər o ola bilərki insanları sevindirmək, güldürmək istəyərsiniz. Cem Yılmaz kimi. Bu sizdə o qədər yaxşı alınarki insanlar sizə qulaq asmaq üçün bilet amağa böyük məbləğdə pulundan keçməyə razı olarlar. Cem Yilmaz konsertlərin birində bu mövzuya özü şəxsən toxunmuşdu. O deyirdi: "Mənə deyirlər necə bu qədər pul əldə edə bildin. Mən isə əvəzində deyirəmki, bilmirəm mən insanları güldürməyə çalışıram onlar isə buna görə mənə qulaq asmaq üçün biletə pul verirlər."
Əgər bir şirkət bu gün öz məhsul yada məhsullarında dəyər yarada bilmirsə, rəqiblərin məhsullarından fərqlilik yarada bilmirsə o şirkət geci tezi iflasa məhkumdur.Şəxs olaraq düşündükdə də bu ən vacib məsələlərdəndir. Əgər xidmət sektorundasınızsa, istər bərbər olun, istər maşın təmirçisi olun, istər müəllim, təlimçi, yada consultant olun sizin rəqiblərinizdən bir fərqiniz yoxdursa, sizin xidmətinizdə müştərilərə verə biləcəyiniz yaxşı bir dəyər yoxdursa siz qısa müddətdə müştərilərinizi və işinizi itirməyə məhkumsunuz.
Müəllif: Cavid Abasov