Almanların avro böhranı qorxusu

Almanların avro böhranı qorxusu
2614

Almaniyada aparılan bir araşdırmaya görə, almanların ən böyük qorxusu “avro böhranı”dır. “R+V” sığorta şirkətinin apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, hər 5 almandan birinin ən çox qorxduğu şey avro böhranıdır, belə ki, onlar düşünürlər ki, əgər belə olarsa, onda ölkədə yaşam şərtləri çətinləşəcək.

Həmçinin Almaniya əhalisinin 1/3-i dövlətlərinin hər hansı bir müharibəyə girəcəklərindən qorxurlar. Hər iki almandan biri də təbii fəlakətlərdən və qocalaraq kiməsə möhtac olmaqdan qorxurlar.

Onu da xatırladaq ki, araşdırma nəticəsində o da aydın oldu ki, son 20 ildə keçmiş illərə nisbətən almanlar daha da rahat və sakit həyat sürürlər.