Əslində işsizlik yoxdur!

Ətrafımızda gedən söhbətlər – Böhran bizi pis vurdu, işsizlik baş alıb gedir, daha heç yerdə iş tapmaq olmaz, böyük şirkətlər və qrumlarda ixtisarlar başlayıb və s. Bütün bu söhbətləri edənlər elə işsiz kateqoriyasında olanlar ya da özünü həmin kateqoriyada hiss edənlərdir.

Əslində işsizlik yoxdur!

Çox mübahisəli mövqe göstərdiyimi bilirəm və elə bilə-bilə fikrimi əsaslandırmağa çalışacam. İşsizlikdən daha ziyadə ölkəmiz mütəxəssis qıtlığı yaşayır. Demək olar bütün şirkətlər yaxşı mütəxəssis tapmaqda çətinlik çəkir. Ətrafımıza bir baxaq, kimlərin işsiz olduğuna nəzər yetirək, görərik ki, bütün bu gileylənənlər heç bir sahə üzrə ixtisaslaşmamış insanlardır. Ətrafımıza bir də baxaq hər hansı bir sahə üzrə uzmanlaşan və işsiz olan kim var? Belə biri yoxdur! Təhsili, ali savadı qoyuram qırağa, hər hansı bir sənətə yiyiələnib ortalıqda “avara” gəzən neçə nəfər tanıyırıq? Mümkün deyil. Kimlərki bacarıqlıdır və bacarıqlarını hər hansı ixtisasa, sənətə və peşəyə yönləndirə bilibsə, o şəxs heç vaxt işsiz qalmayacaq. Həmin insanlar üçün həmişə iş olacaqdır.

Əgər kimsə işsizdirsə, iş tapmaqda çətinlik çəkirsə, işə düzəlmə görüşləri heç bir nəticə vermirsə sadəcə özlərinə bu sualları versinlər. Məni niyə işə götürməlidirlər? Mənim hansı bacarığım düzələcəyim iş yerində inkişafa səbəb olacaq? Bu suallara cavabın yoxdursa müvəqqəti hər hansı bir yerə işə düzələ bilərsən amma ümumən işsiz biri olaraq qalacaqsan. İlk ixtisarda yenidən əvvələ qayıdacaqsan və beləcə döngü fırlanacaq.

Bir mənalı qəbul etməliyik ki, “nə iş olsa işləyərəm” düşüncəsi ilə iş tapmaq mümkün deyil. Çox açıq şəkildə deyirəm, gördüyümüz “işsizlik kütləsi” əslində heç bir işi doğru dürüst edə bilməyən, təhsilsiz, peşə sahibi olmayanlardır. Lütfən yanlış anlamayın, bu insanların içində çox bacarıqlı, bildikləri təqdirdə bizdən də yaxşı iş qabiliyyəti olanlar var. Sadəcə heç bir sənət üzrə ixtisaslaşmamaq onları çox çox geridə qoyur.

Çıxış yolumuz təhisilmizi artırmaq, çoxlu kitab oxumaqdır. Bunları etmək istəmiriksə, sevdiyimiz, özümüzə uyğun hər hansı bir sənət üzlə ixtisaslaşmaq və uzmanlaşmaqdır.

Müəllif: Vaqif Abbasov

Mənbə: http://vaqif.net