Ən ümdə 10 ev biznesi

Evdən idarə edilən hansı binzes mənim üçün yaxşıdır? Əgər siz, ev təməlli biznes ilə məşğul olmaq istəyirsizsə, mövcud seçimlər, bunun üçün, boldur.

İndi sizə Amerikada olan 10 ən ümdə ev binznesini təqdim edəcəyik. Azərbaycanda mühasibat xidmətindən ev tekstilinə qədər bir çox ev bizneslərinin oturuşmasına baxamayaraq, biz bu siyahını sizə təqdim etməyi qərar aldıq.

Bunu etməkdə məqsədimiz, istər mövcud bazar konyukturası baxımından, istərsə də təklif boşluğu baxımından, Azərbaycanda ev biznesinin inkişafı və ya ondakı gəlir potensialını oxucuya göstərməkdir.

1. Biznes təlimçi
İnkişaf edən və təklif boşluğu olan iqtisadiyyatda biznesin istənilən yardıma ehtiyacı var. Biznes məşqçi kimi siz, biznes sahiblərinə və yönəticilərə özlərini dəyişdirmək vasitəsilə bütün işlərini yaxşılaşdırmaq imkanı verə bilərsiz. Biznes məşqçinin, marketinq, maliyyə kimi spesifik sahədəki biliyi ilə bərabər, biznes təcürbəsi olması vacibdir. İxtisasınız nə olursa olsun, siz öz müştərilərinizə hədəflərin qoyulmasında və onlara nail olunmasında kömək etməlisiz.

2. Konsaltinq
Biznes konsultantlar biznesi təhlil edir, problemləri müəyyən edir və onların çözüm yollarını təqdim edir. Məşğul olacaqğınız sahələrin sayı çoxdur – İT, logistika, maliyyə, marketinq kimi funksional sahələr və kənd təsərrüfatından tikintiyə qədər olan sənaye seqməntləridir. Öz ixtisasınızı müəyyən etdikdən sonra bazarda bu ixtisasa tələb olub-olmamasını, varsa, rəqabəti yoxlayın. Biznes tədbirlər və internet / sosial mediya vasitəsilə özünüzü bazara yeridin.

Vacib Qeyd. Konsaltinq ilə biznes məşqçiliyi əsla qarışdırılmamalı. Onlar fərqli istiqamətlərdir. Konsaltinq təhlil edib, çözüm hasil edəndən sonra qərarı menecmentə buraxır...Biznes məşqçi isə hədəfin haqlanması yolunda biznes sahibinə və yönəticiyə kömək edir – bunun özəyində həmin müştərinin fərd olaraq dəyişməsi durur. Bu da biznes dünyasında klassik deyimi bir daha təsdiq edir: Özün necəsən, biznesin də odur.

3. Veb dizayner
Bugünün texnoloji dünyasında veb dizaynerlərə artan tələb danılmazdır. 2014-cü ildə mobil internet istifadəsinin masa-üstü internet istifadəsini keçməsi kontekstində deyilən tələbin daha da güc qazanması gözlənilir.

Əgər anladızsa bu nəyi özündə əks etdirir, onda bu iş sizin üçün qane edici karyera yarada bilər. Amma gedilən yol asan deyil. Öz ixtisasınızı bazarlamalı olacaqsız: Mümkün qədər çox şəbəkələşin. Bloqun yaradılması ilə başlaya bilərsiz. Tədbirlərdə nitq söyləyin, danışın. Həmçinin, digərlərindən öyrənmək də yararlıdır. Bir də sizin, mürəkkəb layihələri tamamlamaq bacarığınıza və müştərilərin müxtəlif tələblərinə cavab verən şəxsiyyətinizə ehtiyacınız olacaq.

4. Virtual assistent
Müasir biznesdə bir çox funksiyaların kənardan mənbələnməsi tendensiyası artan xəttlə davam etməkdədir. Bunun fonunda, bir sıra bizneslər tam-ştatlı assistentləri işə götürmək əvəzinə virtual assistentləri tərceh edirlər. Virtual assistent kimi mətn yazılışı, verilənlərin daxil edilməsi, mühasibatlıq, araşdırma kimi ofisə dəstək vəzifələrini yerinə yetirəcəksiz. İxtisaslaşmış bacarığınızın olması sizi rəqiblərinizdən ayıra bilər.

5. Şirniyyat işi
Əgər fərq yaradan şirniyyatın bişirilməsində bacarığınız varsa, onda ola biləcək böyük işi evdən başlaya bilərsiniz. Şirniyyatınızı çatdırılma və götürmə, şənliklər, mağazadan və internetdən satış vasitəsilə bazara təklif edə bilərsiz.

6. Toy tərtibatçısı (fotografın diversifikasiyası seçimi kimi də)
Toyla bağlı iş-girişimləri həmişə gəlirli olduğundan, (Azərbaycanda) öz yerini tapmayan bu ixtisasın eyni dərəcədə mənfəətli olması qaçılmazdır. Əgər sizin, tədbirin gözəl elementlərlə bəzədilməsi bacarığınız varsa, toy tərtibatçısı olmaq barədə düşünə bilərsiz. Əlbəttə, bunu Azərbaycanda zehinlərə daxil etməniz üçün çox əmək sərf etməniz gərəkəcək. Büdcəni idarə etməkdən başqa siz, həmçinin münasibətlərin qurulmasında və təqdim edəcəyiniz dəyərin müştəriyə faydalı olmasına onu inandırmağınız istiqamətində işlər görməli olacaqsız. Əgər ingilis dilini bilirsizsə, bu sahəyə aid çox sayda onlayn kurslar var.

7. Məişət xidməti (qonaqlar, xarici rezidentlər və yerli müştəri seqmentinin xüsusi zümrəsinə xidmət)
Həyat enerjiniz, güclü təşkilatçılıq bacarığınız və ən əsası, müştəriyə xidmət istedadınız varsa, məsrəfi az, gəliri isə yüksək olan məişət xidməti biznesi ilə məşğul ola bilərsiz. Əgər varlı məhəllə və ya bölgənin yaxınlığında yaşayırsızsa, onda gəliriniz xüsusilə yüksək ola bilər. Məşğul valideynlərə yardım və ev heyvanlarının qeydinə qalma kimi təklif boşluğu olan xidmətlərdə də uğur qazana bilərsiz.

8. Usta-əl işləri biznesi
Kütləvi istehsal dünyasında alışa çıxanlar əl işi olan, təkrarı olmayan şeylərin alınmasına meyilli olurlar. Yaradıcılığınız və istedadınızı zərgərlik, keramika, unikal dekorasiya və metal işlərinin yaradılmasına və satışına yönəldin. Bu sahədə göylər qədər imkan var – təkcə mövcud yaradıcılıq baxımından deyil, onu inkişaf etdirmə baxımından da.

9. Fotoqraf
Toylarda və tədbirlərdəki dişləyən qiymətlər hələ də bu işin aktual olmasını saxlayır. Bu işi bacarırsa və başlamaq istəyirsizsə, onun ilkin sərmayesinin yüksək olmasını nəzərə alın. İşdə yaradıcılıq və şəbəkə faktorunu gücləndirsəz, bu biznesi rəqiblərinkindən fərqləndirməklə onun nə dərəcədə gəlirli olmasını qeyd etmək lazımdır.

10. Şəxsi məşqçi
İdman-şüurlu zümrənin cəmiyyətdə getdikcə artması, bu növ ev biznesinə sanballı zəmin yaradır. Bu sahədə də mütəxəssis öz xidmətini bazarlamağı bacarmalıdır: idman məkanları ilə mütəmadi təmas, tədbirlərdə aktiv iştirak bu fəaliyyətin vacib komponentlərindəndir. Yoqa kimi çox spesifik sahənin məşqçisi isə vədverən bir bazar əldə etmiş olar.