Şəxsi araşdırmalarıma əsasən, son bir il ərzində Azərbaycanda xarici mağazalarından nisbətən qiymətlərin qat-qat baha olmasından mən burada demək olar paltar almıram. Devalvasiyadan sonra da bu qərarım daha da möhkəmlənib. Ətirlərin alış-veriş zamanı isə mən nədənsə qiymət faktoruna elə də önəm vermirdim. Ola bilsin bu iyləri real qulaq asmaq ehtiyacından gəlir. Lakin, mən bu sektorda da kiçik bir araşdırmanı keçirərək Sizinlə bölüşmək istədim.
Ətirlərin qiymət araşdırması üçün mən 5 (2 yerli və 3 xarici) parfüm mağazasını seçdim:
- İDEAL – Azərbaycanın kosmetik və parfümeriya bazarının lideri
- Parfumshop.az – Azərbaycanın ən tanınmış onlayn parfüm mağazası
- Fromae.az (Dubay) – Dubayın ən populyar onlayn mağazalarından biri
- Amazon.com (ABŞ) – Dünyada onlayn satış sektorunun liderlərindən biri
- Strawberrynet.com (Hong Kong) – Şərq Asiyanın ən böyük onlayn parfüm mağazalarından biri
Sonra müqayisə üçün dünyanın ən populyar 5 qadın və 5 kişi ətrini seçdim:
5 qadın ətri:
1. Chanel Chanel №5 50ml
2. Yves Saint Laurent Opium 50ml
3. Christian Dior Hypnotic Poison 50ml
4. Carolina Herera 212 60ml
5. Narciso Rodriguez For Her 50ml
5 kişi ətri:
1. Paco Rabanne 1 Million 50ml
2. Givenchy Play Intense 50ml
3. Christian Dior Dior Homme Sport 50ml
4. Tom Ford Noir 50ml
5. Dolce & Gabbana The One 50ml
Araşdırmanın şərtləri
- Araşdırma qiymət və müştəri üçün rahat alış-veriş və faydaya əsasən aparılıb
- Xarici mağazalarının qiymətləri çatdırılma haqları ilə birgə göstərilib (From.ae: Camex + $7, Amazon: Camex +$7, Strawberrynet: Azərpoçt + 2AZN)
- Bütün qiymətlər endirimsiz göstərilib
Qiymətlər*
*qırmızı – ən bahalı
yaşıl – ən ucuz
Qadın ətirləri
Kişi ətirləri
Gördüyünüz kimi, ən bahalı parfüm Strawberrynet və İDEAL mağazalarındadır. Ən ucuz isə Fromae.az və Amazon.com saytlarındadır. Lakin, mağazaları sırf ilkin qiymətə görə müqayisə etmək olmaz. Ona görə hər bir mağazanın müsbət və mənfi tərəflərini qeyd etmək lazımdır.
İDEAL
Müsbət
- İDEAL öz qiymətlərin baha olmasını anlayaraq daimi endirim aksiyalarını və loyallıq proqramlarını keçirir. Onlardan ən məşhuru 1+1 aksiyasıdır
- İDEAL endirim kartları. İDEALın bir neçə kart növu və onlar barədə buradan oxuya bilərsiniz
- İDEAL klub. İDEAL kart sahibləri digər partnyor mağazalarından endirim əldə etmək imkanına malikdirlər.
- Servis. İDEALın konsulantları öz peşəkarlıq və məhsul barədə bilikləri ilə digər mağazalarından seçilirlər.
- Ab-hava. İnternet mağazalarından fəqli olaraq İDEALda parfüm mağalarının ab-hava və ətirlərin gözəl qoxu üstünlüyü var
- Mağazaların sayı. Şəhərin istənilən nöqtəsində İDEAL mağazasını tapmaq mümkündür.
- Faizsız kreditlə almaq imkanı
Mənfi
- Qiymətlərin baha olması
- Endirimlərin çox vaxtı populyar məhsullara aid olmaması
- 1+1 aksiyasında seçimin kiçik olması
- Saytın çox pis vəziyyətdə olması. Mağazada satılan parfümların 80-90% saytda yoxdur
Parfumshop.az
Müsbət
- Daimi müştərilər üçün bonus sistemi və endirim təklifləri
- Bir neçə saat ərzində çatdırılma
- Qiymətlərin real mağazalarında daha aşağıdır
- Taksit kartlar ilə almaq imkanı
Mənfi
- Balaca seçim
- Saytın gec yenilənməsi
- Yeni aksiyaların olmaması
- Riteyl dükanlarından fərqli olaraq qoxuları qulaq asmaq imkanın olmaması
Fromae.az
Müsbət
- Çox ucuz qiymətlər
- 5 iş günü ərzində çatdırılma
- Taksit kartlar ilə almaq imkanı
Mənfi
- Sayt çox ləng işləyir və gec açılır
- Ətirlərə endirimlər demək olar ki yoxdur
Amazon.com
Müsbət
- Dünyada ən güvən edilən və populyar saytlardan biri
- Böyük çeşid
- Sərfəli qiymətlər
- Daimi endirimli aksiyalar
Mənfi
- 10-14 ərzində çatdırılma
- Azərbaycanlı alıcı üçün sərfəli təkliflər azdır
Strawberrynet
Müsbət
- Daimi aksiya və endirimlər
- Azərbaycana birbaşa çatdırılma
- Saytın Azərbaycan dilinin dəstəklənməsi
Mənfi
Yalnız ətirlərdən ibarət olan göndərişlərdən əlavə $10 tutulur. Pulsuz göndərilmə üçün sadəcə sifarişinizə dəriyə qulluq, makiyaj, saça qulluq məhsulu əlavə etmək lazımdır.
Qiymətlər nisbətən bahadır
Beləliklə bütün mağazalarının qiymətləri, mənfi və müsbət tərəfləri göstərilib. Parfümü haradan almaq isə artıq Sizin şəxsi seçiminizdir. Ümid edirəm ki, Sizə az da olsa yardım edə bildim.
Bəs Siz ətirləri haradan alırsınız? Və nəyə görə? Şərhlərdə yazın! Və əgər yazı Sizin üçün faydalı olubsa, onu paylaşmağı unutmayın! Növbəti işlər üçün bundan böyük motivasiya yoxdur.
P.S. Pulsuz “Müştəri konveyeri” elektron kitabını yükləyin
Müəllif: Samir Kərimov