Alibaba.com təsisçisi olan Cek Manın öz biznesini qurmaq və böyütmək istəyən gənclərə məsləhətləri:
- Hərkəsi razı sala bilməyəcəksiniz. Lakin hər kəsi ümumi bir ideya ətrafında toplamaq mümkündür.
- Həm siyasət həm də bizneslə məşğul olmayın. İkisindən birini seçin.
- Rəqiblərinizə düşmən gözü ilə baxmayın.
- Kim daha vacibdir sualına bu sıralama ilə cavab verin: 1. Müştəri 2. İşçilər 3. İnvestorlar – Sıralama başqa cür olsa sizin biznesin ömrü qısa olacaq.
- Sizin işçilərinizin texniki biliyi sizdən daha üstün olmalıdır.
- Əgər mənim iclaslarımda müzakirəyə qoyulan qərar 90% səs üstünlüyü ilə qəbul edilirsə həmin qərarın yazılı olduğu kağızı zibil qutusuna atıram. Hər şey bəsitdir. Əgər hər hansı bir fürsət açıq aydın özünü biruzə verirsə deməli rəqib şirkətlərimiz də bu fürsət üzərində iş görür. Deməli həmin sahənin liderinə çevrilmək çətinləşir. İlk başdan gözə görünməyən və rahatlıqla izah edilə bilməyən fürsətləri araşdırın.