Bildiyiniz kimi indiki anda əlinizdə olan bütün effektiv marketing alətlərini istifadə etmək lazımdır. Marketinqin tvitter sosial şəbəki ilə bağlı bundan öncə 2 yazımda (Twitterdə işinizi asanlaşdıracaq 9 alət, Twitter analizinizi özünüz edin) qeyd etmişdim. Daha bir effektiv və bu böhran dövründa satış və reklamlarınızı auditoriya çatdırmağınıza, müştərilərlə əlaqələrinizə müsbət təsir göstərə biləcək toplu E-mail yollama alətlərini bölüşürəm sizinlə.
Aweber. Qiymətləndirmə formatları
Mailchimp’in qiymət sistemindən biraz daha fərqlənir. Başlanğıcda 1 reklam üçün sadəcə 1 dollar ödəyirsiniz və 500 e-mail adresinə limitsiz mail yollayabilirsiniz.Ödəməni aylıq, 3 aylıq yada illik olarak da edə bilərsiniz. Aweber-də də mail dizayn etmək asan bir interfaysə sahibdir. Bu isə sizin emailin daha effektiv olmasını təmin edir.
Constant Contact.
Email marketinq işində digər büyük sistemlərdən biri Constant Contact-dır. İnternet üzərindən olan seminarlar ve eventlər üçün en çox seçilən e-mail marketinq sistemlərindən biridir. Bu e-mail marketinq sistemi, düşündüyünüz event-i daha yaxşı və daha möhtəşəm edəcəkdir. Ayrıca anketlər edərək müştərilərinizə daha yaxşı xidmət etməyi də seçə bilərsiniz. Pulsuz versiyasını sadəcə 60 gün üçün istifadə edə bilərsiniz.
Send in Blue.
Hələ yeni bir e-mail marketing sistemidir. Marketinq kampanyalarınızı idarə etmənizi təmin edən bir intenret sistemidir. Nə qədər mail atsanız o qədər pul ödəyirsiniz. 5-dən çox fərqli paketləri mövcuddur. Pulsuz olaraq da 9 min adəd göndərmə imkanınız var. Ekstra olaraq da Send in Blue da təkcə e-mail deyil, SMS marketinq də edəbilirsiniz. Buna görə hal-hazırkı dövr üçün ən optimal sistemlərdən sayıla bilər deyə bilərik.
Mad Mimi.
Dünyada bir çox şirkətlərin bu sistemdən istifadə etdiyi bilinir. Normal olaraq 100 emailə qədər pulsuz olaraq sizə təklif edir. Ancaq 100 maildən sonrası pullu rejimə keçir. Pullu olmaqla yanaşı spama düşməməsi ilə öndə dayanan bir sistemdir. Sistemdə qiymətlərdən bir neçəsin təqdim edirəm:
1.000 e-posta – 10$
10.000 e-posta – 36$
25.000 e-posta – 75$
50.000 e-posta – 189$
150.000 e-posta – 489$
350.000 e-posta – 699$
Mailchimp.
Bu sistem vasitəsilə siz 2000 istifadəçiyə (emailə) bir ay ərzində ümumi olaraq 6 dəfə mail yollaya bilərsiniz ki, bu da ayda 12000 mail yollamaq deməkdir. Əgər bu sayı aşacaqsanız artıq sistemin pullu versiyasını istifadə etməli olacaqsınız. Böyük ehtimalla yollanan maillər spam bölməsinə DÜŞMÜR.
Sistemin özəlliklərinə gəlsək, sistem sizə fərqli formatlarda olan şablonlardan istifadə, HTML kodlaşdırma formatından istifadə və istəsəniz normal olaraq verilən alətlərlə öz dizaynınızı da edə bilərsiniz.Mail müvafiq emaillərə yollandıqdan sonra sistem sizə analiz bölümünü də təqdim edir ki, bu sizə kimlərin mesajı açıb oxuduğuna qədər statistik vı real məlumat vermə xarakteristikasına sahibdir.
İstifadə üçün biz şirkətimizdə əsasən mailchimp sistemini istifadə edirik. Adətən asan interfeysi və imkanları bizə çox yardımçı. Yuxarı da sadaladıqlarımdan əlavə olaraq da kifayət qədər mail yollama (Email marketing) sistemələri mövcurdur. İşinizdə uğurlu olmağınızı istəyirsiniz bu alətlərdən istiafdə etməyinizi tövsiyə edərdim.
Müəllif: Azər Dünyaminoğlu