Yəqin ki eşitmisiniz, " Könlü balığ istəyənin, ayağı suda olmalıdır." Fəxri Ağayevin bu yaxinlarda bir yazısını oxuduğum zaman, sonda çox gözəl bir cümlə ilə qarşılaşdım. Bütün fikirlərini və dəyərli məsləhətlərini izah etdikdən sonra Fəxri müəllim sonda bu cümləni vurğuladı. "Durun və vəhşi kimi işləyin". Demək olarki daima hədəflərimə yönələn mən, bu cümlədən sonra bütün gücümlə daha da hədəf və məqsədlərimə yönəlməyə başladım. Hiss edə bilirsiniz cümlənin gücünü? "Durun və vəhşi kimi işləyin".
Ümumiyyətlə mən özümün iş prinsibimin bir qismini sizinlə paylaşmaq istəyirəm. Müxtəlif hədəflər qoyuram qarşıma və bu hədəflərə çatmaq üçün daha kiçik tipli hədəflərlə çalışıram. Bir sıra hədəfərə çatmaq üçün qarma qarışıq qurulan planlari atın bir qırağa. Bu planlar sizi həm Əli aşından edəcək həmdə Vəli aşından.
Yəni hər zaman çalışın ki, növbəti ayınızda bu aya nisbətən daha artıq bir şey etmiş olasınız. Daha dəyərli olasınız. Daha bacarıqlı olasınız. Bunu demək danışmaq, oxumaq asan ola bilər. Ama bu heçdə o qədər asan məsələ deyil. Bunun üçün bizim dildə desək dux lazımdır. Ona görədə Fəxri müəllimin dediyinə tamami ilə qatılıram hətda bunu son günlərimin devizi etmişəm. Sizədə məsləhətim odur ki, qətiyyən dinc dayanmayın, durun və vəhşi kimi işləyin.
Müəllif: Cavid Abasov