"The Abraj Kudai" adlı otelin inşası 2017-ci ildə başa çatacaq. Layihə müəllifi "Dar Al Handasah" memarlıq-dizayn studiyasıdır. Otelin hər biri 44 mərtəbəli, 12 qülləsində 10 min nömrə, 70 restoran, supermarketlər və konfrans zallar olacaq. Otelin dünyada ən hündür sayılacaq qübbəsi Mərakeş memarlığı stilindədir. "The Abraj Kudai"ın 10 qülləsi 4-ulduzlu otel səviyyəsində layihələndirilib. Yerdə qalan 2 qüllədə isə 5-ulduzlu nömrələr və "kral apartamentləri" nəzərdə tutulub.
Otelin qüllələrinin damlarında helikopter meydançaları tikiləcək. "The Abraj Kudai"ın tikintisinin 3 milyard dollara başa gələcəyi vurğulanır.
Qeyd edək ki, ABŞ-ın Las-Veqas şəhərindəki "The Venetian" və "The Palazzo" hazırda dünyanın ən böyük otelləri sayılır. Bu otellərdə müvafiq olaraq 4049 ə 4059 nömrə var.
Mənbə: http://www.buro247.az