Beynəlxalq xeyriyyə təşkilatı "Oxfam”ın apardığı araşdırmaya əsasən, Yer kürəsinin 40 faiz sərvətini 80 varlı ailə idarə edir, - "RT".
Sözügedən araşdırmaya əsasən, bu 80 varlı ailənin sərvəti 1,9 trilyon dollar civarında qiymətləndirilir. Bu göstərici dünyada yaşayan 3,5 milyard insanın ümumi qəlirlərinə bərabərdir. Beləliklə dünya əhalisinin 1 faizi Yer kürəsinin 40 faiz sərvətini nəzarət altında saxlayırlar.
Qeyd edək ki, 2010-cu ildən başlayaraq iqtisadi baxımından zəif olan dövlətlərin gəlirləri daimi olaraq azalmağa başlayıb. Lakin, 2002-ci ildən 2010-cü ilədək bu dövlətlərin iqtisadi cəhətdən güclü olan ölkələrlə yanaşı gəlirləri artırdı.
"Oxfam"ın direktoru Vinnin Byaniyma bəyan edib ki, dünyada 1 milyarddan çox insan hər gün güzəranını 1,25 dollarla keçirir.
Mənbə: http://deyerler.org