Həkimlər hər zaman istənilən qadının gözündə zəngin və yaxşı reputasiyaya malik olur. Bu hər bir həkim üçün real olmaya bilər, lakin aşağıda qeyd olunan həkimlər üçün bu daha çox həqiqətə uyğundur. Bu həkimlərin xalis gəliri son dərəcə çoxdur, lakin onlardan bir çoxu bu pulu təkcə tibbdən deyil, digər yolla da əldə edirlər.
1) Patrik Sun Şionq
Bu həkim iş adamıdır, filantropistdir, öz taleyini xərçəngin müalicəsi ilə tamamilə dəyişmişdir. O, hal – hazırda 12 milyona yaxın xalis gəliri ilə dünyada ən varlı həkim hesab olunur. O, öz qazancını xeyirxahlığa, uşaq xəstəxanalarının maliyyələşdirilməsinə sərf edir və səhiyyə xərclərinin çoxalması sahəsində həll yollarının axtarılmasına yardım edir.
2) Tomas Frist
Bu həkim xəstəxananın çox profilli korporasiyasını yaratmaq üçün öz atası ilə işləməzdən əvvəl hava qüvvələrinin cərrahı işləyib. Onun şirkəti xəstəxanaların alqı - satqısından ildə 29 milyard dollar qazanır. Beləliklə, həkim Tomas Fristin xalis gəliri hazırda 7 milyard dollardır. O, Səhiyyə qalereyasını idarə etmiş və karyerasının nəticəsi olaraq United Way mükafatına layiq görülmüşdür.
3) Fillip Frost
Heç zaman faktiki olaraq tibb sahəsində işləmədiyi halda, həkim Fillip Frost dermatologiyanı öyrənməyə getməzdən əvvəl tibb doktorluğuna nail olur. O, sonralar İvax adlanan farmakoloji şirkətin əsasını qoyur, sonra isə bu şirkəti 7.8 milyard dollara satır. O, hazırda Teva Farmakoloqlarının sədridir və xalis gəliri 3.8 milyarddır.
4) Vu Yilinq
Vu Yilinq həkim sahəsinin yetirməsidir və öz real taleyini qurmazdan əvvəl 11 il müddətində Çin tibb sahəsində işləmişdir. O, 1992 – ci ildə farmokologiya şirkətinin əsasını qoyur və bir çox xəstəliklər üçün bitki dərmanlarını satır. Onun şirkəti çox yaxşı qazanc əldə edir, belə ki, hər bir şeyə özü nail olan həkimin xalis gəliri 1.7 milyard dollardır.
5) Qari Mişelson
Qari Mişelson öz adı ilə ortopedik qurğu, alətlər və metodlar sahəsində 250 – dən artıq xəstə ilə öz çevikliyi ilə tanınır. O, Medtronikin patent istifadəsi hüququnu leqallaşdırdıqdan sonra 1.55 milyard dollar sərvət əldə etdi. O, hazırda baytarların müdafiəçisidir, itləri və pişikləri sterilizə etmək üçün qeyri – cərrahiyə yolunun aşkar olunması məqsədi ilə Mişelon mükafatını yaratmışdır.
6) Dr. Fil
80 milyon dollarlıq illik məvacibi və 280 milyon dollarlıq xalis gəliri ilə, bu televiziya şəxsiyyəti müəyyən qaydada öz elmi dərəcə müdafiəsini etdi. Onun psixologiya üzrə elmi dərəcəsi “The Oprah Winfrey” şousunda görünməsinə şərait yaradaraq, öz şəxsi tolk – şousunun yaradılmasına səbəb olmuş və bir psixoloq kimi karyerasına müsbət təsir etmişdir. “Dr. Phil Show” (Həkim Fil Şou) bu gün yayımlanan gündəlik televiziya top şoularından biridir.
7) Ceyms Andrey
Çox güman ki, öz taleyini təcrübəli bir həkim kimi quranlar siyahısında olan bir neçə həkimdən biri- idmançıların cərrahı ,Həkim Ceyms Andreydir. O, Andrey idman Tibb və Ortopedik Mərkəzində ən yüksək dərəcəli cərrahdır. Onun ümumi xalis gəliri 10 milyon dollardan 100 milyon dollara kimidir ki, saytlar bu rəqəmi dəqiq deyə bilmirlər. İstənilən halda o, birinci yerdədir və hər bir xəsarət almış oyunçu müvafiq olaraq ən yaxşı qulluq ilə təmin olunacağından əmin olduğu üçün ilk olaraq onu seçir.
8) Terri Dubrou
Terri Bubrou Orange Dövlətində plastik cərrahlardan sonra ən çox axtarılan həkimlərdən biridir. Onun məşhurluğu Orange Dövlətinin The Swan and the Real Housewives kimi televiziya şoularında görünməsi ilə artmışdı. Onun üçün növbə siyahısı 6 ay uzunluğundadır və onun xalis gəliri 30 milyon dollardan artıqdır.
9) Leonard Hoştein
Ən varlı həkimlər arasında siyahıda olan digər plastik cərrah - həkim Leonard Hoşteinin xalis gəliri 20 milyon dollardır və o, gəlirini Mayamidə ən yaxşı plastik cərrahlardan biri kimi qazanmışdır. O, sinənin böyüdülməsi sahəsində ixtisaslaşmış və onun həyat yoldaşı bu yaxınlarda Mayaminin Real evdar qadınları siyahısına əlavə olunmuşdur.
10) Robert Rey
Plastik cərrahiyyənin çox pul qazandırma stereotipi üçün bir səbəb olduğunu bir daha təsdiq edən digər plastik cərrahdır. Robert Rey “Dr. 90210” (“Həkim 90210”) şousunda görünməklə ən məşhur 100 fərqli televiziya verilişlərinə dəvət olunmuşdur. O, bütün Beverly Hills – də ən yaxşı plastik cərrahlardan biri kimi tanınır və xalis gəliri 15 milyon dollardır.
11) Qars Fişer
Qars Fişer "Beverly Hills"in plastik cərrah siyahısını paylaşır və özü üçün tam bir statusa malikdir. O, ABCs Extreme Makeover üzrə plastik cərrah olmağa üstünlük verib, zənginlər və məşhurlar üçün plastik cərrah kimi fəaliyyət göstərir. Varlılar və məşhurlar çox yaxşı ödəniş edirlər, belə ki Qars Fişerin xalis gəliri təxminən 15 milyon dollardır.
12) Həkim Oz
Həkim Oz "Oprah Winfrey" şousunda görünməklə öz məhşurluğunu artıran digər bir həkimdir. O, kardiotorakal cərrahdır, lakin öz televiziya şousu və kitabları ilə məşhurlaşmışdır. O, ümumi problemlərə müxtəlif çarə yollarını tapmaqla məhşurdur və bir çox mübahisəli məqamlara səbəb olmuşdur. Bununla yanaşı, mübahisəli məqamlar yaxşı ödəniş gətirir və bu yaxşı həkimin xalis gəliri 14 milyon dollardır.
13) Paul Nassif
Bir daha Beverly Hills öz plastik cərrahını siyahıya salır. Paul Nassif bütün dünyada kəsim texnikalarından istifadə edərək mükəmməl burun yaratmaq qabiliyyəti ilə tanınır. Öz burnunu dəyişmək istəyən hər kəs ilk olaraq onun yanına gedir. Gününü göz bəbəklərini burun üzərində keçirmək ona 14 milyon dollarlıq xalis gəlir gətirir.
14) Travis Stork
Travis Stork ilk olaraq The Bachelorda görünməklə öz istiqamətini diqqət mərkəzinə gətirən bir həkimdir. Bundan sonra o, səhiyyə və fitnes üzrə bir eskpert kimi “Dr. Phil” şousunda müntəzəm olaraq görünməklə işə başladı. Sonra o, 2007 – ci ildə məşhur televiziya şousu olan “The Doctors”a ev sahibliyi etdi və 8 milyon xalis gəlir qazandı.
15) Sanjay Gupta
Sanjay Gupta tibb xəbərləri üçün real göz və həvəsə malik neyrocərrahdır. O, CNN – də yüksək hörmətə layiq bir jurnalistdir və hətta ona Prezident Barak Obama tərəfindən Birləşmiş Ştatların Baş Cərrahı vəzifəsi təklif olunmuşdur. O, bu işdən imtina etdi, çünki o öz ailəsinə və hazırki karyerasına vaxt ayırmaq istəyirdi. Onun xalis gəliri 4.5 milyon dollardır.