Dövlət orqanlarının mobil tətbiqləri

Milli resurslarımızı daha yaxından tanıtmaq məqsədi daşıyan rubrikamızda bu dəfə “Dövlət orqanları” kateqoriyasi üzrə milli mobil tətbiqləri araşdırdıq. Bu kateqoriya üzrə milli mobil tətbiqlərimizin bir qismi haqqında qısa məlumatı təqdim edirik.

8. E-Tapşırıq

Hazırlayan          ibp.az
Yüklənmə sayı    50-100
Ödəniş                Pulsuz
Platforma:          Android

Elektron təhsil layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanan Elektron Tapşırıqlar tətbiqinin android versiyasıdır.

7. Heydar Aliyev Center

Hazırlayan        HappyBaku
Yüklənmə sayı  100 – 500
Ödəniş              Pulsuz
Platforma:        IOSAndroid

Bu tətbiq vasitəsi ilə istifadəçilər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat əldə edə, Mərkəzlə bağlı ən son xəbərləri izləyə, tədbirlər və sərgilər haqqında informasiya ala bilər. Həmçinin bu mobil tətbiq vasitəsilə Mərkəzdəki sərgi və konsertlərə onlayn bilet almaq mümkündür.

 

6. E-hökumət

Hazırlayan         Data Processing Center
Yüklənmə sayı   500-1000
Ödəniş               Pulsuz
Platforma:         iOSAndroid

Mobil tətbiqin yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaratmaqdır.

 

5. Azerişıq BesMobile

Hazırlayan         BES ASC
Yüklənmə sayı   1 000 - 5 000
Ödəniş               Pulsuz
Platforma          Android

Mobil tətbiqin köməyi ilə cari borcunuzu, elektron fakturalarınızı, ödəmə keçmişini öyrənə bilərsiniz. Həmçinin mobil tətbiq vasitəsilə elektron müraciət etmək mümkündür.

 

4. Dövlət qulluğu

Hazırlayan        GN Soft
Yüklənmə sayı  1 000-5 000
Ödəniş              Pulsuz
Platforma:        Android

Dövlət qulluğu haqqında qanun, dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun və digər əhəmiyyətli qanunları bu mobil tətbiq vasitəsilə oxuya bilərsiniz.

 

3. Asan Xidmət

Hazırlayan        Happy Baku
Yüklənmə sayı  10 000 – 50 000
Ödəniş              Pulsuz
Platforma         iOSAndroid

Mobil tətbiq vasitəsilə Asan Xidmətdə olan yeniliklər, yerləşdiyi ərazilər haqqında məlumatlar əldə edə bilərsiz. Əgər növbələrdə vaxt itirmək istəmirsinizsə, o zaman bu tətbiq vasitəsilə növbə təyin edə bilərsiniz.

 

2. Azərbaycan Prezidenti (President of Azerbaijan)

Hazırlayan         President.az
Yüklənmə sayı   10 000-50 000
Ödəniş               Pulsuz
Platforma:         iOS və Android

Prezident İlham Əliyevin fəaliyyəti, çıxışları, səfərləri, görüşləri və qəbulları barədə bütün informasiyanın yerləşdiyi proqramdır. Bununla yanaşı, həmin proqramın istifadəçiləri imzalanmış sənədlər, göndərilmiş məktublar və qəbul olunmuş qanunlar barədə bütün informasiyanı əldə edə bilərlər.

 

1. DYP Qanunlar və Cərimələr

Hazırlayan         MobAppHome
Yüklənmə sayı  100 000-500 000
Ödəniş              Pulsuz
Platforma:        Android

Bu proqram Azərbaycan Respublikasının "Yol Hərəkəti Haqqında" qanunu və "İnzibati Xətalar Məcəlləsi"-nin yol hərəkətinə aid bütün maddələrini əks etdirir. Proqram vasitəsi ilə yol hərəkəti haqqında bütün qanunları və cərimələri öyrənmək olar.

 Müəllif: Sevinc Əsədova

Mənbə: http://xeberler.az