Televizoru yaxından izləmək gözlərə ziyandır. Bu fikir doğru deyil. Bu əslində rəngli televizorun yarandığı ilk illərdə dilə gətirilən bir iddiadır.
Özümüzü pis hiss etdiyimizdə C vitamini qəbul etsək xəstə olmarıq. Bu fikir də yanlışdır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, virus bədəninizə daxil olduqda C vitamini qəbul etsəniz də qrip ola bilərsiniz.
Suşi yaponca "çiy balıq" deməkdir. Yanlış. Suşi yapon dilində " turş düyü " deməkdir.
Dəvəquşular qorxduqda başlarını torpağa salar. Yanlış. Onlar yumurtalarını torpağa basdırırlar. Yumurtalarını tez-tez yoxladıqları üçün başları çox vaxt torpağın altında olur.
Ağıllı telefonlara gecə batareya doldurulması batareyaya zərər verər. Yanlış. Ağıllı telefonlar batareya dolduqdan sonra doldurmanı saxlayacaq qədər ağıllıdır.
Atmosferə girən hər meteroid sürtünmədən ötrü alov topuna çevrilir. Yanlış. Dünyaya düşən bəzi meteroidlərin üzərində hələ də buz təbəqəsi görünür.
Qrip olduğunuzda antibiotik almaq yaxşıdır. Yanlış. Qripin səbəbi viruslardır və antibiotik viruslara heç bir şey etməz.
Qara milçəklərin ömrü 24 saatdır. Yanlış. Qara milçəklər 25-30 gün yaşaya bilərlər.
Dovşanlar kök yeməyi çox sevirlər. Yanlış. Bu sadəcə cizgi filmlərində belədir. Dovşanlar yaşıllıq və saman yeməyi sevərlər.
Soyuq havada spirtli içki qəbul etmək insanı isidər. Yanlış. Spirtli içki tam əksinə bədən temperaturunu aşağı salır.
Sezar salatının adı məşhur romalı kapitanının adı Yuli Sezarın adı ilə bağlıdır. Yanlış. Sezar salatını ,əslində, Sezar Kardini adında bir italyan aşpaz 1924-cü ildə icad edib.
Yapon balıqlarının yaddaşı 3 saniyədir. Yanlış. Yaddaşları qısadır amma o qədər deyil. Alimlərin dediyinə görə, yapon balıqlarının yaddaşı 1 aydır.
Gəmilərin təcili vəziyyətdə verdiyi «SOS» «Save our ship»-in baş hərfləridir. Yəni, «Gəmimizi xilas edin». Yanlış. Bu hərflərin açılışı yoxdur. Bu hərflər 3 nöqtə, 3 xətt və 3 nöqtənin qarşılığıdır.
Buğalar qırmızı rəngə nifrət eliyirlər.Səhvdir.Buğalar onsuzda rəng korudurlar.Onlar sadəcə matadorun hərəkətlərinə hirslənib hücum edirlər.
Vikinglərin buynuzlu dəbilqələri var idi. Səhvdir.İndi yaradılmış viking forması əslinə 19-cu əsrdə opera üçün hazırlanmışdır.
Banan ağacda yetişir. Səhvdir.Sadəcə yetişdiyi bitki böyük olduğu üçün ağaca bənzədilir.
Elektriki Tomas Edison kəşf edib. Səhvdir.Nə ampulu,nə də elektiriki Edison kəşf etməyib.Sadəcə olaraq onu təkmilləşdirirərək indiki istifadə halına gətirmişdir.
Napeleonun boyu qısa idi. Səhvdir. 1.69 boyunda idi.O qədər də uzun sayılmaz amma o qədər balacada sayılmamalıdır.Xüsusən də dövrünə görə
Çin səddi kosmosdan baxanda görünür.SəhvdirşBu fikri bir çin kosmonovtu irəli sürmüşdür. Səhv olduğu NASA tərəfindən isbat olunmuşdur.
Buqələmunlar olduqları yerə görə rəng dəyişdirərlər.Səhvdir.Rəng dəyişmə qabiliyyətləri var lakin olduqları yerə görə yox,temperatur və iqlimə görə dəyişdirərlər.
Eynşteynin riyaziyyatı çox zəif idi.Səhvdir.Əksinə çox yaxşı idi.Sadəcə bir imtahandan zəif nəticə göstərmişdir.Ancaq həmin imtahanın riyaziyyatla yaxından-uzaqdan əlaqəsi yox idi.
İtlər dillərindən tərləməzlər çunki oradatər vəziləri yoxdur.
Saqqız insan bədənində 7 ilə həzm olunur. Səhvdir oda normal həzm vaxtında həzm olunur.
Qoca fillər ölənə yaxın fil məzarləğına gedirlər.Səhvdir
Günəbaxanlar günəşə görə yer dəyişir.Səhvdir.Onlar həmişə şimala baxarlar.
«Apple»-in yeganə qurucusu Steve Jobs və Steve Wozniak-dır.Səhvdir.Əvvəllər Ronald Wayne adlı şəxs 10% hissəsini 1500 dollara satmışdır. 60 milyad dollarlıq sərvəti itirmişdir.Əslində 1500 dollarını aldığını nəzərə alarsaq, 59 milyard 999 milyon 998 min 500 dollar itirmişdir.
Saç və dırnaq insan öldükdən sonra bir müddət uzanar.Səhvdir.Uzanma üçün keratin maddəsi zəruridir.
Bal arıları insan sancdıqdan sonra ölərlər.Səhvdir.Onlar iynələrini çıxararkən ya bədənlərinə ziyan verirlər,ya da ki, çıxardana qədər biz onları öldürürük.Əgər iynələrini çıxara bilsələr, sağlam olaraq yaşaya bilərlər.