Dillər əzbəri olmuş uğursuz markalar

Sektorda dillər əzbəri olmaq, lider olmaq çox şirkətin xəyalıdır. Bu liderliyi ələ keçirmək üçün bəzi şirkətlər milyonlarından keçir, bəziləri isə illərini sərf edir. Elə markalarda vardır ki, onlar öz adlarını sektora qızıl hərflərlə yaza bilirlər. Mənim bu yazını yazmağıma səbəb bu yaxınlarda Kodak haqqında oxuduğum məqalə oldu. Sonra gördümki adlarını öz sektorlarına qızıl hərflərlə yazdırıb sonra isə sektordan silinən və ya geriləyən bu liderlərin sayı yetərincə var.

Hələ 1880-cı illərdə George Eastman tərəfindən yaradılan Kodak aparatları özünü qısa zamanda doğrultdu, əvvəllər aparatları kirayə verməklə məşğul olan George kirayə pulundən və lentlərdən qazanırdı. Sonra isə aparatları təkminləşdirməyi bacaran şirkət professionallarla birlildə həvəskar fotograflarada aparat satmağa başladı. Demək olarkı dünyanın hər bir yerində şirkətlər açıldı. Kodakın işçi sayı 20 mini keçdi. İşçi heyyətinə önəm verən bu şirkət işçilərinə yüksək maaş verir və onları daha çox şirkətə bağlı tuta bilirdi.132 il davam edən bu şirkət axırda Yapon şirkətləri ilə rəqabət apara bilməyib əllərini qaldıraraq təslim oldu.

Buna baxmayaraq yaxın zamanlara qədər və hətta indidə çox yerdə foto studiya adı Kodak olaraq davam edir. Bu Kodak şirkətinin böyük uğurunun nəticəsidir. Bu qədər uğurlu işlər görən və dünyada foto deyilən zaman Kodak ağıla gələn bir şirkət necə iflas ola bilər? Maraqlıdır elə deyilmi? Reklamı, PR-ı dünyanın hər bir yerində hər foto studiyada gedən bu şirkət artıq sektorunun lideri deyil, nəinki lider heç sektordan pay almır. Digər bir marka olaraq Jeep maşınlarını göstərə bilərik. Hər kəs bir zamanlar hündür maşın

gördüyü zaman markasından aslı olmayaraq onu Jeep adı ilə adlandırırdı. Bu Jeep şirkətinin maşın bazarında ilk olaraq kiçik maşınlardan hündür maşınlara keçməsinin nəticəsidir. İnsanların hündür maşınları Jeep kimi tanımasından istifadə edə bilməyən şirkət bu gün bazarda çox kiçik paya sahibdir.Bundan əlavə olaraq Motorolanıda bu siyahıya sala bilərik. Mobil telefonların təzə təzə məhşurlaşdığı vaxtlarda insanların cib telfonlarına Motorola deməsi bu şirkətin çox yaxşı PR-ı idi.

Yalnız bundan istifadə edə bilməyən şirkət 2011-ci ildə Google İnc tərəfindən satın alınmış və sonra isə 2014-cü ildə Lenova şirkətinin tərkibinə qatılmışdır.Adlarını sektorlarında dillər əzbəri etmiş iflas etməsələrdə liderliklərini itirən digər markalar arasında Rexona,Pampers və s. markaları əlavə etmək olar. Hələdə bəzi insanlar bütün qoltuqaltıları Rexona, bütün uşaq bezlərini isə Pampers deyə adlandırırlar.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com