İnandırmanın 10 qaydası (1-ci hissə)

İnandırmanın 10 qaydası (1-ci hissə)
3072

Birinci qayda: Homer qaydası
Göstərilən dəlillərin ardıcıllığı onların əsaslılığına təsir edir. Dəlillərin aşağıda qeyd olunan ardıcıllığı daha inandırıcıdır: güclü; orta; bir ən güclü. Bu qaydadan belə nəticəyə gəlmək olar ki, zəif dəlilləri hazırlıq prosesində göstərməklə, əmin etmək üçün onlardan istifadə etmək yaxşı deyil. Onlar xeyir deyil, ziyan gətirər. Həqiqətən də, müsahib sizin dəlillərinizdə zəif tərəflərə çox diqqət yetirir. Buna görə də səhv etməmək vacibdir. Dəlillərin kəmiyyəti deyil, onların etibarlılığı işin nəticəsini həll edir. Bir vacib cəhəti qeyd etmək lazımdır ki, eyni dəlil fərqli insanlar üçün güclü və zəif ola bilər. Buna görə də, dəlillərin gücü (zəifliyi) müsahibin nöqteyi – nəzərinə görə müəyyən olunmalıdır.

İkinci qayda: Sokrat qaydası
Sizin üçün vacib olan məsələ üzrə müsbət qərarın əldə olunması üçün onu üçüncü yerə qoyun, bu dəlili müsahib üçün iki qısa və sadə sual vasitəsilə ona ünvanlayın, hansı ki, o bu suala heç bir çətinlik çəkmədən “bəli” cavabını verəcək. Bu qayda 2400 ildir ki mövcuddur və yüzlərlə təhsilli insan nəsili tərəfindən yoxlanılmışdır. Bu qaydalar hələ də yaşayır, çünki düzgün qaydalardır. Və yalnız, bu yaxınlarda nisbətən dərin – fizioloji (!) – səbəblər meydana çıxmışdır ki, bu səbəblər hazırki üsulun effektivliyini izah edir. Müəyyən olunmuşdur ki, insan “yox” deyən və ya eşidən zaman, onun qanına onu mübarizəyə sövq edən noradrenalin hormonları daxil olur. Və əksinə, “hə” sözü “razılıq hormonlar”ının (endorfin) ayrılmasına səbəb olur. İki pay “razılıq hormonları”nı qəbul edərək, müsahib rahatlaşır, xeyirxahlığa yönəlir, onun üçün psixoloji olaraq “hə” demək daha asan olur, nəinki “yox”. Müsahibin sahib olduğu pis əhval – ruhiyyəyə üstün gəlmək üçün bir pay endorfin hər zaman kifayət etmir. Bundan başqa, insanı ani olaraq bi əhval – ruhiyyədən digərinə yönəltmək mümkün olmur, ona vaxt və daha çox “razılıq hormonları” vermək lazımdır ki, bu proses təmin olunsun. Verilən suallar qısa olmalıdır ki, müsahib yorulmasın və onun vaxtını çox almayasınız.

Üçüncü qayda: dəlillərin inandırıcı olması inandıran şəxsin imicindən çox asılıdır
Bir var, inandıran şəxs – avtoritetli, hörmətli bir şəxsdir, bir də vardır ki, digər inandıran şəxs – vacib, ciddi qəbul olunmayan biridir. Hər hansı bir fəaliyyət sahəsində uğur, ziyalılıq əks etdirən, ətraf mühitin hörmətini qazanan, yüksək vəzifə və ya sosial mövqe, yüksək şəxsi keyfiyyətlər insanın statusunu qaldırır, bununla bərabər onun dəlillərinin çəkisini artırır. Hörmətli şəxslərin dəstəyi də həmçinin əminliyi artırır. (Faktiki olaraq, 3 – cü qaydadan o insanlar istifadə edir ki, möhtərəm bir şəxsdən “bir kəlmə söz eşitmək istəyir” və ya bütün hörmətli şəxslərin fikirlərinə istinad edir, öz dəlillərinin təsdiqində ondan sitat gətirir). 3 – cü qaydadan istifadə etməklə, dərman, bioəlavələr və gigiyena vasitələri barəsində reklam roliklərinin yaradıcıları həkimləri və kosmetoloqları cəlb edir; idman mallarının reklamı üçün – məşhur idmançıları və s. 3 – cü qaydanı tətbiq etmək üçün vəziyyətdən asılı olaraq statusların qəbulu zamanı fərqləri təsdiq edən vəziyyətləri və bəzi faktları nəzərə almaq lazımdır. Misal üçün, deputat seçkilərindən əvvəl aparılan sosial sorğu göstərmişdir ki, seçicilər qadınlara deyil, kişilərə üstünlük verir (digər bərabər şəraitlər zamanı); gənc və qocalara deyil, orta yaşda olanlara üstünlük verirlər. Əksinə, nigahın pozulması işləri üzrə məhkəmə proseslərində qadın statusu hakimlər tərəfindən daha yüksək status kimi qəbul olunur (nəticədə əxlaqsızlıq, sərxoşluq, əl qaldırma, xəyanət, eqoistliyin çox zaman kişilərə xas olması barəsində stereotiplər yaranır).

Dördüncü qayda: statusu kiçiltməyin
Müsahibə qarşı yaranan istənilən hörmətsizlik, etinasızlıq onun statusunu kiçildir və bir qayda olaraq, mənfi reaksiya yaradır. Bir reklamda bu ifadə əks olunur: “Düşünməyin ki, reklam istehlakçıları sizdən ağılsızdır”

Beşinci qayda: bizə xoş olan müsahibin dəlillərinə biz yumşaq, xoşagəlməz müsahibin dəlillərinə isə– mənfi rəy kimi yanaşırıq
Bu qaydanın mexanizmi Sokrat qaydası kimidir: xoş müsahib “razılıq hormonlarının” yaranmasına və əks mövqedən çıxış etməmək arzusunu yaradır. Xoşagəlməz müsahib isə əksinə. Xoş təəssürat, məlum olduğu kimi bir çox şərtlərə görə yaranır: xarici görünüş, hörmətli münasibət, savadlı danışıq, xoş davranış.