Bugünlərdə bir məsələnin şahidi oluram – Azərbaycanda insanlar bir dəsti-xətti tutub inkişaf etməkdənsə elə birinci maniyə çıxan kimi yollarını dəyişməyi tərcih edirlər. İxtisasımızdan asılı olmayaraq hamı, hər zaman dəyişməyə hazırdır. Əlbəttə, dəyişmə hansısa bir istiqamətin dərinləməsinə öyrənmək olduğu zaman çox effektiv olur, amma “vay” o gündən ki, müəllim bir anlığına dəyişib psixoloq, psixoloq müəllim, marketoloq – travmatoloq olsun. Bax bu dəhşətdir. Mən istəyirəm yazı çərçivəsində yalnız fərdlər deyil, bötüvlükdə Azərbaycanımız üçün qorxulu olan “dəyişmə xəstəliyi” barədə danışım.
Əziz oxucu, diqqət edin. Düşünün ki, dörd il fizika (olsun başqa fənn) müəllimliyini oxumuş biri, orta məktəbdə dərs demək üçün imtahan verir. İmtahan nəticəsində o imtahandan keçmir (və ya keçir orta məktəbdə yer olmur). Bir sözlə müəllim ixtisasını bitirsədə qısamüddətli dövrdə müəllim olaraq işə düzələ bilmir. Belə olduqda Azərbaycanda nə olur?!
Müəllimliyə namizəd dərhal… özünə başqa bir yerdə işə düzəlmək üçün axtarışa başlayır. “dostumuz” düşünmür ki, bu 4 il ərzində fizika müəllimi olmaq üçün əziyyət çəkib və bəlkədə öz üzərində daha çox işləməli, gələcək il üçün imtahana daha çox hazırlaşmalıdır. Xeyr. Biz qətiyyən bunu etmirik… biz yeni yol barədə düşünürük. Biz dəyişməyə hazırıq. O anda kimsə “dostumuza” “Gəl səni filan bankda kompyuter işi verim” desə, biz dərhal işimizi, peşəmizi dəyişməyə hazırıq. İnanırsız biz ikinci dəfə Ali məktəbə girmək barədə də düşünə bilərik… AMMA və LAKİN öz ixtisasımızı öyrənmək… bax bu bizlik deyil. Öz sahəmizdə “AS” olmaq və şərti məktəbin özü bu müəllimi axtarmasına nail olmaq istəyi… yox bu bizlik deyil.
İkinci bir misala baxaq… Azərbaycanda hansısa bir konkret əmtəənin satışı (istehsalı) ilə məşğul olan şirkət tapmaq çox çətindir. Məsələn, bugün Aksessuar İnşaat – bahalı mebellərin satışı ilə məşğul olmaq üçün böyük ticarət mərkəzi açmaq istəyir. Aksessuar inşaat düşünür ki, guya… bunlar hamam əşyaları satmaqda “AS”dılar və artıq həmdə mebel sata bilərlər. İnanırsız… eyni şeyi Neoklass-da edir, onlarda bahalı mebel salonu açırlar.
Dəhşətli xəbər budur ki, İDEA (İtaldizayn şirkəti) həgin ki, hamam aksessuarlara satmaq istəyir… neysə, biyabırçı vəziyyət ola bilər.
Mebel demişkən… bir dəfə Almaniyada olan bir fabrikə getmişdim. Bu fabrikin nə az, nə çox düüüz 180 yaşı var edi. Bilirsiz 180 il ərzində bu fabrik nəylə məşğul edi?! Çarpayı istehsalı ilə. 180 il və yalnız çarpayı. Mən sual verəndə ki, “əzizim Sizin çarpayı istehsal etdiyiniz zaman, həmdə dolab hazırlamaq ağlınıza gəlməyib!?” (bunları Aksessuar İnşşata təlimə göndərmək lazımdır) cavab belə oldu: “Yox. Əlbəttə, yox. Bizim işimiz gözəl və rahat çarpayı hazırlamaqdır. Biz bu sahədə ixtilaşmışıq. Məhz hər il öz çarpayımızı təkmilləşdiririk. Amma heç vaxt əsas biznes istiqamətimizi dəyişmərik”. Bir sözlə ağıllarına gəlməyib!)
Yadıma düşmüşkən… Azərbaycanda çox tanınmış şirkətlərinin birinin Əməliyyat rəhbəri menə dedi ki, “İlkin, bilirsən… mən marketoloq olmaq istəyirəm.” dedim niyə, məgər əməliyyat menecmenti pis sahədir. Cavabı çox sadə və bizim stildə oldu… “Bilirsən mən artıq əməliyyatda 5 ildir çalışıram, indi istəyirəm sahəmi dəyişim.” Əziz oxucu, bu mənzərə Azərbaycanda biznes sahiblərinin və ya hansısa peşə üzrə çalışanların böyük dərdidir. Biz hələdə başa düşmürük ki, istənilən peşənin sənətkarı olmaq gözəldir. Natamamlıq bizi uçüruma aparır. Hamımız dəyişmək barədə düşünürük, biz daim “daraxırıq!”, bizə daim yenilik lazımdır və s. Amma lazımsız yenilik.
Bəzən menə elə gəlir ki, biz ixtisasımızı dəyişməklə öz savadsızlığımızı gizlətmək istəyirik. Axı bir işdə çox işlədikdə iki yolumuz olur: ya dərinliyə öyrənmək, ya da yeni sahəyə keçmək. Biz daim ikinci variantı seçirik… bu “maraqlı” və əziyyətsiz olur.
Diqqət edək… ətrafımızda uğurlu və güclü bizneslərə baxaq. Əmin olun hər birinin gücü məhz dar ixtisaslaşmada, tutduqları yolda çətinlik, maniyə olduqda belə irəliyə gedərək öz sahələri içərisində təkmilləşdirmə hesabına liderdilər.
Sizə bir sirr açım, amma öz aramızda qalsın, yaxşı!?) Deməli bugün oxuduğunuz bu bloq, Azərbaycan dilində olan biznes bloqların içərisində istər oxunma sayına görə, istər giriş sayına görə, istərsədə ümumi yaddaşlarda qaldığına görə birinci yerdədir. Deməli… təsəvvür edin ki, www.ilkinmanafov.com bloqu ana dilimizdə olan bütün biznes bloqlardan çox oxunur. Səbəb?! Səbəb çox sadədir. Azərbaycanda heç kim bizim kimi ardıcıl bloq fəaliyyəti ilə məşğul olmur. Heç kim… bloqerlər “həvəsdir-bəsdir” prinsipi ilə işlədikləri vaxt, biz sistematik olaraq həftədə minimum 3 bloq postla Sizin qarşınızdayıq. Nəticədə… nəticələri göz qabağındadır!))
Dar ixtisaslaşma təkmilləşmə üçün yeganə yoldur. Əgər bizim ixtisasımız marketinqdirsə biz bu ixtisası daha dərin yiyələnməliyik. Hətta o qədər dərin ki, marketoloq özü belə bizə geniş anlayış olmalıdır. Biz konrket olaraq nəyinsə marketinqini və ya marketinqin hansısa istiqaməti üzrə ixtisas biliklərimizi artıraceyik.
Bu yaxınlarda TED formatında çıxış üçün mənədə dəvət göndəriblər. Hansı mövzuda danışmaq lazım olduğunu çox düşündüm və nəticə olaraq ağlıma iki istiqamət gəldi… ya mən mebel və ya məişətdə mebelin təyinatı barədə ya da brendinq barədə danışa bilərəm. Çünki yalnız bu iki istiqamət üzrə dar ixtisaslaşmaya gedirəm. Sizədə eynisi tövsiyyə edirəm. Hansısa bir işdə uğurlu olmaq istəyirsinizsə yalnız və yalnız dar ixtisaslaşmaya gedin. Muasir dövrdə hər şey – heçnə, hər kəs – heç kim deməkdir.
Bu heçdə o demək deyil ki, inkişaf yenilik lazım deyil. Qətiyyən yox, bu çox vacibdir. Sadəcə biz başa düşməliyik ki, yenilik mükəmməl bildiyimiz sahədə effektiv olur və nəyisə mükəmməl bilməyin yolu dar ixtisaslaşmadan keçir.
Müəllif: İlkin Manafov
Mənbə: http://www.ilkinmanafov.com/