Napoleon Bonapart
İnsanlar rəqəmlərə bənzər, vəziyyətlərinə görə dəyər qazanırlar.
Sokrat
Optimist bir insan ayaqqabıları oğurlanınca «ayaqlarım var » dəyə bilən insandır.
Oskar Uayld
Kişilər qadınların ilk eşqi, qadınlar kişilərin son eşqi olmaq istər.
Dekart
Ağıllı olmaq da bir şey deyil, mühüm olan o ağılı yerində istifadə etməkdir.
Onore de Balzak
Bugünkü qanunlar böyük ağcaqanadların deşib keçdiyi, kiçiklərin isə ilişib qaldığı bir hörümçək toru kimidir.
Göte
Mal itirən bir şey itirmişdir, qürurunu itirən bir çox şey itirmişdir. Lakin cesarətini itirən hər şeyini itirmişdir.
Fridrix Holderlin
Heç bir şey insan qədər yüksələ bilməz ve onun qədər də alçala bilməz.
Aksel Munte
Müvəffəqiyyətin dörd şərti; bilmək, istəmək, cəsarət etmək ve susmaq.
Frost
Meşədə iki ayrı cığır vardı və mən ən az ayaq izi olanını seçdim. Budur fərqlilik.
Dekart
Təsadüfi bir doğruya çatmaqdansa, üsullu bir səylə səhvə çatmağı üstün tutaram.
Onore de Balzak
Yaxşılığınıza inanılmasını istəyirsinizsə, ondan həç bəhs etməyin.
Bencamin Franklin
Kiçik xərcləmələri gözdən qaçırmayın. Bəzən kiçik bir dəlik böyük bir gəmini batırar.
Etyen Jilson
Uşağına kiçik şeylərdən zövq almasını öyrədən ona böyük bir sərvət buraxmış olar.
Bertrand Russell
İnsanın duyğuları bildikləri ilə tərs mütənasibdir. Nə qədər az bilsən, o qədər çox hirslənərsən.
Jan Jak Russo
Çətin iş zamanında etməmiz lazım olan, lakin etmədiyimiz asan işlərin yığılmasıyla meydana gəlir.
Bencamin Franklin
Düşmənlərinizi sevin çünki qüsurlarınızı tek onlar açıqca söyləyə bilər.
Anonim
Xoşbəxt olmağı sabaha buraxmaq, qarşıya keçmək üçün çayın dayanmasını gözləməyə bənzər. Çay əsla dayanmaz.
Volter
Uzun bir mübahisə hər iki tərəfin də haqsız olduğunun dəlilidir.
Mənbə: http://kayzen.az/