Böhranda biznesin məhv edilməsi üçün 5 yol

Böhranda biznesin məhv edilməsi üçün 5 yol
889

Əziz oxucu, dünyada yaranan və bügün lider olmuş şirkətlərin tarixinə baxın və aydın şəkildə görəcəksiniz ki, onların biznes məhz böhran dövründə inkişaf edib. Bügünün dünya liderləri olan P&G, Kimberly Clark, Daimler, BASF, Wallmart, Aldi və s. hər biri, hər biri məhz böhran dövründə öz inkişaf templərinə artıra biliblər. Çox sadə olan həqiqəti çox az yerli şirkətlərimiz qəbul edir və öz fəaliyyətlərində korrektə edirlər. Bu yazıda mən böhran zamanı nələri etmək lazımdır suallına əks tərəfdən yanaşmaq istəyirəm – “Böhranda biznesi necə məhv etmək olar?!”. Başlayaq!?

İlk əvvəl deyim ki, biznesi məhv etməyim birinci və ən sadə yolu (bu yol hamıya aydın olduğu üçün cədvələ salmıram!) ölkəmizdə olan mövcud iqtisadi vəziyyəti siyasiləşdirməkdən keçir. Əlbəttə, biz hamımız bilirik ki, bügün ölkəmizdə olan iqtisadi böhranın siyasi motivləri var, amma başa düşməliyik ki, biznes siyasiləşmiş vəziyyətlərdə belə iqtisadi-biznes tərəfləri görməlidir. Başqa sözlə desək, heç bir şəkildə “Bu böhran xaricdə olan böhran kimi deyil… burda iqtisadi qaydalar işləmir…” kimi sözlər, düşüncələr Sizin biznesi uçuruma apara bilər. Belə düşünməyin, hər bir böhran özünə unikaldır, amma əmin olun hər bir böhrandan sonra inkişaf dövrü başlayır. Necə deyərlər gecə nə qədər zülmət olarsa, sabah bir o qədər işıqlı olar!

Fikirlərimi Sizlərə daha aydən çatdırmaq üçün böhranda biznesi məhv edəcək hər bir əlaməti ayrı-ayrı yazmaq istəyirəm.

Birinci yol – Dayanmaq. Çoxları elə düşünür ki, böhran zamanı hər şeyi durdurub dayanmaq lazımdır. Əslində isə böhranda fəaliyyət dahada aktivləşməlidir, çünki onsuzda satışlar düşür, xərclər isə o proporsiyada azala bilmir, ən sadə yox, butün gücdən istifadə edib, satış rəqəmləri artırmaqdır. Xərcləri azaltmaq deyil, satışları artırmaqla böhranın təsirlərini azaltmaq olur.

Biz 2015-ci ildə 2 yeni mağaza açmışıq, heç bir şəkildə yerimizdə durmaq istəmirik. Səbəb çox sadədir, satışlar düşüb və əvvəl ki, satış templərini saxmaq üçün daha çox çalışmaq (satmaq) lazımdır. Əslində bu bazar payının artması deməkdir.

İkinci yol – Neqativlikdən özünə dost qazanmaq. Diqqət edin, bir çox insanlar neqativ rəylər olduğu zaman ona daha “ürəkdən” münasibət bildirirlər, hansısa bir xoş xəbər, kiminsə uğuru yaxşı qəbul edilmir. Səbəb çox sadədir, neqativlik bizi tənbəlliyə sövq etdirir. Bu baxımdan sosial şəbəkələrdə neqativ statuslar daha ürəklə oxunur, daha ürəklə bəyənilir və s. İnsanlar öz uğursuzluqlarına məhv “hamıda belədir” sözü altında gizlətmək istəyirlər. Satışı zəif olan istənilən mağazaya yaxınlaşın… “hamıda belədir…” sözü eşidəcəksiniz. Bununla onlar özlərinin fəaliyyətsizliklərini əsaslandırmaq istəyirlər.

Bizim bir dostumuz var, hər dəfə mənə zəng edəndə, istəyir ki, ona deyim işlər bərbad gedir. Belə dedikdə, bizdən xoşu gəlir məndə onun xətrini çox istəyirəm, məcbur oluram hər dəfə zəng edəndə deyirəm: “Batırıq… işlər çox bərbaddır, bilmirəm necə olacaq, bağlayada bilmirəm və s.”))

Üçüncü yol – Günah Putindədir, Obamadadır, Prezidentdədir… amma bizdə deyil (!) Biznesmen – Предприниматель adi insandan fərqləndirən əsas xüsusiyyətlərdən biri də (risk etməklə paralel) hər gün həyatın, biznesin yaxşıılaşdırırlması üçün addımlar atmasıdır. İqtisadiyyatımızın ikili rəqəmlərlə artdığı dövrdə yerli biznesmendən çoxda dərin zəka tələb edilmirdi… 100 alırdı, 120 satırdı… arada birdə qışqırırdı (reklam edirdi) vəssalam… AMMA indi, indi vəziyyət fərqlidir. İndi işləmək lazımdır. İşləməkdə çətindir. Buna görə ən sadə yol nədir!? Tənqid etmək, ay Abama belə dedi, ay Erdoğan belə vurdu, Ay Putin belə etdi, ay bizdə monopoliya belə oldu… əzizim!!! Yorulmadın!? Dur güzgünün önündə, durdun?! Özünə bax – baxdın?! Bəsdirdə, belkə günahı bir-az özündə görəsən, bəlkə özün nesə edəsən, hə!?

Fikirvermişəm, biznes karyeramda ən bərbad layihələrim məhz kimlərəsə arxeyin olduğum, bütün işləri bu adamların üzərində qurduğum işlər olub. Əksinə olaraq öz gücümə etdiyim və ancaq özümə (komandama) inandığım layihələr uğurlu olub. Uzun-sözün qısası… özünə sahib olun!)

Dördüncü yol – Öz problemlərini unikal hesab etmək. Diqqət edin, problemlər hər bir biznesdə olur, olacaq və olmalıdır. Ən pis şey, problemin üzərində bütün gücünü cəmləyib, onun unikal, heç kimdə olmayan kimi qələmə verməkdir. Bölüşmək, danışmaq, məsləhət almaq böhran dövründə dahada əhəmiyyətli olur. Özünüzdə sıxılıb qalamyın, Sizin düşündürən məsələləri digərləri ilə müzakirə edin… AMMA diqqət edin ki, danışdığınız adam kompetent olsun!)

Şəxsən mən, biznesdə nesə çətinliyim olanda Anar Bayramova zəng edirəm, ondan məsləhət alıram, həqiqətəndə kömək edir. Həmçinin digər dostlarımızdanda. Son vaxtlar işçilərimizlə müzakirələr edirəm!)

Beşinci yol – Öz üzərində az işləmək. Bu haqda çox danışmaq istəmirəm, sadəcə bir söz deyim ki, böhranda qətiyyən intelektual investitsiyaları kəsmək olmaz.

İldə minimum iki beynalxaql sərgiyə gedirəm, getməsəm sektordan geri qaldığımı düşünürəm. Nəyin ki, düşünrəm, realdada bu belə olur!
Əziz oxucu, bu siyahını əlbəttə artırmaqda olar, amma əsas məsələ odur ki, böhran zamanı daha çox işləmək və daim özünü həvəsli saxlamaq lazımdır. Əminəm ki, Siz sevdiyiniz işi görürsünüz və əminəm ki, məhz düzgün qurulmuş işlərlə dahada irəli gedəcəksiniz. Ruhdan düşməyin!

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com/