Bugün Azərbaycan iqtisadiyyatı bəlkədə son 15 ildə ilk dəfə olaraq ciddi düşüş mərhələsini yaşayır. Real sektorun butün sahələri bu və ya digər formada biznesdə çətinliklər çəkirlər. Son vaxtlar istər bloqumuzda, istərsədən dostlarla söhbət zamanı məndən belə bir sual soruşurlar: “Sizcə bugün biznes açmaq olarmı?”. İstəyirəm bloqumuz vasitəsi ilə bu sual barədə düşündüklərimi Sizinlə paylaşım. Beləliklə…
İlk əvvəl qeyd etmək istəyirəm ki, biz bloqumuzda yalnız və yalnız şəxsi təcrübəmizdə etdiyimiz hadisələri yazıırıq. Necə dəyərlər bloqda yazılanlara müəllif öz iş (biznes) karyerası ilə cavabdehdir. Bu heç də, o demək deyil, mənim dediklərim doğrudur. Yox, qətiyyən yox. Mən sadəcə deyirəm ki, biz etdiklərimizi danışırıq.
Daha əvvəl yazılarımızın birində böhran dövründə rəqabət mühitinin daha zəif olması barədə danışmışdıq. İqtisadi böhran, statik, inkişafı meylli olmayan bizneslərə daha böyük ziyan vurur, çünki sahibkar əvvəl etdiklərini xatırlayır və hesab edir ki, yaşayan problemlərin kökündə məhz iqtisadi çətinlik dayanır. Amma əslində bu heçdə elə olmur. Böhran daha əvvəl biznesində problem olan şirkətlərə təsir edir. Yəni xəstə, orqanizmi zəif adamları “qrip” daha tez tutur.
Keçək konkret suala: Böhran vaxtında biznes qurmaq doğrudurmu?!
Cavab: Əlbəttə, doğrudur. Uğurlu bizneslərin hər biri əslində elə böhran zamanı qurulub
və inkişaf edir. Mən elə bir biznes tanımıram ki, o sakit vaxtı qurulsun və inkişaf etsin.
Biznesdə uğur hamının etmədiyi zaman, etmək və ya hamının bağladığı zaman, açmaqdır.
Bilirsiz niyə?!
Əziz oxucu, əgər beyninizdə öz biznesinizi qurmaq və inkişaf etmək kimi fikirləriniz varsa, heç düşünmədən bunu icra edin. Əmin olun, iqtisadiyyatın istənilən mərhələsində biznesin uğurlu və uğursuz olma faktoru məhz Sizin işə yanaşmanızdır. İşi bilirsinizsə, işiniz gedəcək, tənbəl deyilsinizsə, işiniz gedəcək. Çalışaq öz zəifliklərimizi böhranın üstünə yıxmayaq.
Hə birdə… Sizə bir əhvalat danışım. 2008-2009-cü illərdə maliyyə böhranı olan vaxtlar mən Embawood şirkətinin Rusiya nümayəndəliyinin rəhbəri edim. O vaxt Rusiyada böhran olmamışdan… mənə elə gəlirdi ki, hər yerdə güclü böhran var. Elə bilirdim Rusiya batır və bizim biznesdə olan problemlər məhz böhrana görədir. Əslində isə…, əslində isə səbəb daha sadə edi. Səbəb bizim Rusiya biznes modelimizin bazarın ehtiyyaclarına uyğun olmaması edi. Demək istəyirəm ki, böhran zəif biznesləri məhz edir… güclü bizneslərin inkişafına təsir edir, amma bu qısa müddətli olur. Güclü biznes, düzgün biznes model heç vaxt biznesdə problem yaratmır.
Əziz oxucu, hərəkət edin, qorxan gözə çöp düşər!
Müəllif: İlkin Manafov
Mənbə: http://www.ilkinmanafov.com/