Bu gün pozitiv əhvalda olduğumdan böhran haqqında müsbət amillərdən yazacam. Böhran, başqa deyimlə krizis qədim yunan sözü olub “dönüş nöqtəsi”, “qərar” anlamlarını daşıyır. Bu ani qərarların veriləcəyi zamanın yetişməsidir və gözlənilmədən çətin durumda atacağımız addımlara hazır olmaqdır. “Addım addım krizis” yazısında bu nüanslara toxunmuşdum. Diqqətinizə ölkəmizdə baş vermiş və ya baş verməkdə olan böhranın yaxşı tərəflərini göstərməyə çalışacam.
1. Yerli istehsalın stimullaşması
Son günlər bir çox sahibkarlarla söhbətimdə əsas diqqətimi çəkən budur ki, əksəriyyətində istehsalla məşqul olmaq istəklərinin xeyli artmasıdır. Artıq ənənəvi biznes (alış-veriş, ticarət) modellərimiz sırasına hər hansı məhsulu istehsal etmək istəyi önə çıxıb. Sahibkar məhsulu idaxl etməkdən öncə ölkəmizdə istehsal etməyin yollarını araşdırmağı çox müsbət haldır. Bəzi məhsullar var ki, ölkəmizdə istehsalı zamanı maya dəyəri indi daha aşağı olur. Digər ölkələrdə xarici valyuta ilə aldığınız məhsulun və ya dollar ilə olan istehsal xərclərinin artımı, sahibkarları yerli bazarlarda istehsal etməklərinə bir stimul yaradıb.
2. Yerli məhsul satışlarının artması
İdxal olunan məhsullarda 30-50% qiymət artımı müşahidə olunmasına baxmayaraq ölkəmizdə istehsal olunan və xammalı xaricdən gətirilməyən məhsullarda cüzi qiymət artımı hiss olunur. Yəni piştaxtalarda eyni kateqoriyada olan xarici və yerli məhsul arasında qiymət fərq indi daha çoxdur. “Hamı yerli mal alsın!” ifadəsi indi bir çağırışdan daha çox ehtiyac formasına keçib. Alıcı eyni tipli məhsullarda daha çox yerlibazlıq edəcək. Tədarükçülər də məhsulu idaxal etmədən öncə bazar araşdırması edəcək, baha sata biləcəyinə risk etmədən yuxarıda yazdığım 1-ci bənd haqqında düşünməyə başlayacaqlar. Bütün bunların fonunda yerli məhsullara tələbatın artacağı proqnoz edilir.
3. Yerli mütəxəssislərə tələbat
Əcnəbi işçilər axtarırdız? Dollar ilə nə qədər məvacib verirdiz? Yenədə xaricdə işlər çox ucuzdu deyirsiz? Bir mənalı olaraq xaricdən mütəxəssis gətirib ölkəmizdə işlətmək indi daha bahadır. Həmin maaşın yarı qiymətinə yerli mütəxəsis axtarmğa başlayın. Yerli mütəxəssislərə tələbat artacaq amma bu yerli mütəxəssislərin sayını artacağına səbəb olacqmı? Hə, bu çətin sual oldu. Yaşayarıq görərik.
Pozitiv olun və ətrafdakılarınıza müsbət aura verin. Hər pisliyin içində bir yaxşı şey var. Onu görməyə çalışın. Biz pis dedikcə pis olaraqda qalacaq. Əksini etmək daha maraqlıdır.
Müəllif: Vaqif Abbasov
Mənbə: http://vaqif.net