Böhran dövründə marketinq kommunikasiya üsulları ciddi dəyişikliyə uğrayır. Uzun müddətdə effekt verən vasitələrlə müqayisədə qısa müddətdə effektli olan vasitələrə üstünlük verilir. Nəticədə adi vaxtda edilən bir çox xərclər böhran dövründə kəsilir.
Azaldılma və ya optimallaşdırma?!
Bir çox şirkətlər xərclərin azaldılması ilə xərclərin optimallaşdırılmasını qarışdırır. Əgər xərclərin azaldılması ümumən bütün istiqamətlərdə azaldılmanı və ya tamamən xərcin ləğvini nəzərdə tutursa, optimallaşdırma dərin təhlil tələb edir. Optimallaşdırmada ola bilər ki, mövcud xərc növlərindən hansısa azaldıla, eyni zamanda hansısa istqamət əhəmiyyətli dərəcədə artırıla bilər.
Məhz böhran dövrü marketinq kommunikasiyanın əsas hədəfi daha çox ölçülə bilən, effekti dəqiq müəyyən edilə bilən üsullara üstünlük verilməsi ilə xarakterizə edilir. Qısa desək, bütün ənənəvi medialardan fərqli olaraq DİGİTAL sahəyə diqqət daha çox verilir. Hazırda Azərbaycanda ümumi olaraq internet penetrasiya 61%-dir. Bu təxminən, 5 milyon 800 min adam deməkdir. İnternet, digital və mobil üzərindən kommunikasiya modelləri hazırkı durum olduqca effektiv, ölçülə bilən və digər kanallarla müqayisədə daha ucuzdur. Çünki bu dönəmlər əsas xüsusiyyətlərdən biri də bahalı layihələrdən imtina etməkdir.
Dünya əhalisinin artıq 40%-dən çoxu internetdən istifadə edir. Bu təxminən 3 milyard insan deməkdir. Bu bloq yazımda Azərbaycan bazarında hazırkı böhran zamanı alınan effektə görə ən ucuz reklam və kommunikasiya kanalı olan internet televiziyalar və onların yaradılmasından yazacam. Çalışacam yazıda hazırkı şəraitdə hansı iş prinsipləri ilə bu sahəni inkişaf etdirmək olar və ən əsası nə kimi üstünlükləri var onu sadalayım.
Daha çox əhatə yox, daha çox ölçülə bilən məcra
İndi ənənəvi mediaya 100 minlərlə pul xərcləmək real görünmür. İndi yuxarıda yazdığımız kimi daha çox ölçülə bilən mediaya üstünlük verilir ki, ən az dəqiq baxış sayını məsələn bilmək olsun. Nəzərə alsaq ki, gün ərzində tv kanallarımızda reklamın nə qədər effektli, 4×4-lük nöqtəyə vuracağı böyük şübhə altındadır, o zaman öz şəxsi internet kanalınızın olması daha məqsədəuyğundur. Azərbaycanda öz şəxsi internet televiziyası (youtube kanalı və s.) olan şəxslər və şirkətlər çox deyil, amma olanlar da ildən ilə izləyici sayısını əhəmiyyətli dərəcədə artırır. Məsələn, Avtostop proyektinin video kanalını nümunə göstərmək olar. Banklar, pərakəndə ticarət sektoru iştirakçıları üçün müştəriləri ilə aktiv ünsiyyətdə olmağın ən gözəl yollarından biridir.
Aşağıdakı üstünlüklərinə görə internet televiziya yaradılması ideyası cəlbedici görünür:
Bəs bu işi görmək üçün nədən başlamaq lazımdır?
İlk olaraq başlanğıcda həftədə 1-2 dəfə, ayda 4-8 video material çəkilib, montaj edilib yayımlanır. Çəkilən material ay ərzində fərqli mənblərdə reklam edilir. Video materialların hər birinin maksimal uzunluğu 15 dəqiqə olur. Amma qısa metrajlı, 2-3 dəqiqəlik videolar da hazırlamaq mümkündür. Belə olduqca daha tez və daha çox görüntü almaq olur. Müştəri informasiyanı rahat qəbul edir.
Başlanğıcda az sayda rubrikalar etmək olar. Hər həftə bir rubrikanıza uyğun mövzu təyin edir və o haqda danışırsınız. Burada şirkətinizin əməkdaşları, müştəriləri və kənardan cəlb etdiyiniz adamlar da iştirak edə bilər. Yəni çox qəlizləşdirmək lazım deyil, ilk olaraq çox professional olmaya bilərsiniz. Bu çox normaldır. Siz televiziya və studiya deyilsiniz ki. Əvəzində ilk vaxtlar bəzi resursları kənardan cəlb edə, icarəyə götürə bilərsiniz. Proyekt müsbət reaksiyalar verdikcə o heyəti özünüzdə daimi maaşlı işçi kimi də saxlaya bilərsiniz.
İlkin etapda çəkiliş edilməsi üçün lazım olan avadanlıqları alıb özünüzdə hazır saxlamaq da olar. Və ya aylıq olaraq bir şirkətlə anlaşıb, onlardan hazır materialları almaq da olar. Yaxın 1-2 il üçün internet televizya studiyasının özünüzdə qurulması daha məqsədəuyğun, maddi baxımdan daha sərfəli olardı.
Təxmini gözlənilən effekt nə ola bilər?
Əgər avadanlıqlar üçün təxmini 10 minə yaxın pul xərcləyəcinizi, 2 nəfər daimi işçi 2 nəfər də kənardan montaj falan işlərin görülməsi üçün büdcəni, eyni zamanda ayda 3-4 min manat çəkdiyiniz video materialların müxtəlif digital şəbəkələrdə reklamını nəzərə alsaq, Siz aylıq minimum 350-400 min adama xitab etmiş olarsınız. Təxmini 1 kontakt müştəri üçün 2 qəpik arası xərciniz çıxır. İl ərzində isə minium 1 milyondan çox unikal müştəriyə xitab etmiş olarsınız. Bu arada onu deyim ki, bunu özüm çox xırda detallarına qədər hesablamışam deyə rəqəmlərə tam güvənə bilərsiniz
Nəticə olaraq:
Müəllif: Rafiq Hunaltay
Mənbə: marketermeherrem.com/