Bizim bloqun oxucuları bilir ki, mən (İlkin Manafov) maksimum şəkildə makro-iqtisadi yazılar yazmamağa çalışıram. NiyƏ!? Çünki biz bloqumuzda orta və kiçik sahibkarlıq üçün keçərli olan məlumatlar, fikirlər veririk. Bu yazıda mən, ölkə iqtisadiyyatın bütün sektorları və biznesin həcmindən asılı olmayaraq butün təbəqələri üçün keçərli, əhəmiyyətli olan bir mövzü barədə – böhrandan danışacam. Biz bloq-postda Azərbaycan iqtisadiyyatında baş verənlər barədə fikirlərimizi paylaşaceyik.
P.S. Bu arada bloqumuzda bəzi dəyişiklik işləri gedir, texniki problemlərə görə üzr istəyirik. Məsələn, yazılarımızın oxunma sayına fikir verməyin, bu hal-hazırda aktiv deyil və ya digər problemlər var. Tezliklə düzəldəcəyik, əsas odur ki, məncə bloq aktivdir.
İlk əvvəl deyim ki, ölkə iqtisadiyyatında sözün həqiqi mənasında böhran hiss edilir. Seqmentindən, məhsulundan asılı olmayaraq butün bazarlarda istər nominal (pulla), istərsədə natural ifadələrlə geriləmələr var. Bunu görməmək, bunu danmaq bizim üçün daha çox mənfi fəsadlar gətirə bilər və bizim borcumuzdur ki, böhran barədə düşündüklərimizi paylaşaq.
Azərbaycanda böhran tendensiyaları hələ 2014-cü ilin aprel ayından hiss edilirdi. Sizə deyim, bunu ölkə hökümətidə görürdü, hiss edirdi ki, elə həmin vaxtlardan kreditləşmə prosesinə “tormuz” qoydu. Yadınıza düşür… istehlak kreditlərin üstünə düşdülər, avtomobil kreditləşmə şərtləri daha da ağırlaşdı və s. 2014-cü ilin sentyabr ayında böhranın simptonları aydın şəkildə sezilirdi. Butün sektorlar üzrə artıq geriləmələr var edi… amma sentyabr biznes üçün “sezon” olduğundan bu geriləmə orta və kiçik biznes üçün təsir etmirdi. Artıq neftin qiymətinin düşməsi, bizim üçün ən strateji iqtisadi təsir olan Rusiyada olan problemlər bizim ölkə iqtisadiyyatı üçündə açıq-aşkar problemlər yaradırdı.
Bu “iki daşın arasında” ölkəmiz İLK (və son) Avropa oyunlarıda keçirməyə “söz” vermişdi. Unutmaq olmaz ki, bu “söz” veriləndə ölkə iqtisadiyyatı özünün pik nöqtəsini yaşayırdı… neftin qiyməti 120-130$ gəzirdi və s. Biz bilmirdik ki, 2015-ci ildə dünya iqtisadi-siyasi arenasında belə dəyişikliklər ola bilər və s. Amma fakt fakt olaraq qalırdı, ölkəmiz Avropa Oyunlarına ciddi investitsiya (pul) qoyurdu. Avropa oyunlarına olan hazırlıq, əslində ölkə iqtisadiyyatını bir-az “canlı”da saxlamağa xidmət edirdi.
Bugün ölkə biznesinin vəziyyəti necədir?
- Bank. Ölkə biznesində bank kreditlərinin təsiri son dərəcə böyük edi və ya başqa sözlə desək, biznes kreditlərin hesabına işləyirdi. Beynalxalq bankda olan hadisələr, bugünlərdə xarici maliyyə strukturların Azərbaycan banklarının vəziyyəti haqqında verdiyi açıqlamalar və əlbəttə ki, ölkədə olan problemli kreditlərin vəziyyəti bizə əminliklə hiss etdirir ki, yaxın aylarda (yumşaq desək) kreditləşmə prosesi olmayacaq. Bir tərəfdən də gözlənilən, devalvasiya qorxusu, bugün yenidən ölkə iqtisadiyyatını dollarlaşmağa doğru aparır. Yəni… banklarda nəyin ki, ixtisar gedəcək, banklar biznesə dəstək verməyəcək, çünki onlara dəstək verən lazımdır;
- Tikinti. Əvvəllər tikinti sektoru, daha çox Rusiyada yaşayan Azərbaycanlıların pulları və ya orta biznes nümayəndələri tərəfindən inkişaf edirdi. Yəni tikinti sektorunun alıcıları onlar edi. Tikinti üçün isə, ölkədə ciddi investitsiya var edi. Yəni tikmək xeyrli edi. Neft pulları ölkəmizdə Holland sindromunun əsas göstəricilərindən biri olan daşınmaz əmlakın qiymətlərini qaldırmışdı (pul çox olanda, məcburən daşınmaz əmlakın qiyməti qalxır). Bugün tikinti sektorunda vəziyyət son dərəcə pisdir. Bu pislik indi az hiss edilir, çünki, yenə təkrar edirəm, hələlik bazar aktivdir, amma oktyabrdan sonra olacaq dövr (Məhərrəmlik ayından başlayaraq) vəziyyətin nə qədər pis olduğunu daha net ortaya qoyacaq;
- Pərakəndə ticarət. Ümumi istehlakçı büdcələrində olan kəsilmələr təbii ki, pərakəndə bazarın düşməsi ilə nəticələnəcək. Bu zaman iri şəbəkələrdən başqa bazarda digər oyunçuların qalacağına ümudum demək olar ki, yoxdur. Əslin də bu təbiidir, bütün dünyada pərakəndəçilik böyük kapital tələb edən sahə olduğuna görə kiçiklər burada olmur. Amma bizim iqtisadiyyatımızda kiçik və orta sahibkarlıq tam olaraq ticarət sektorunda yığışması ölkədə olan böhranı dahada dərinləşdirəcək, dərinləşdirə bilər;
- Xidmət. Xidmət sahəsi böhranlarda ən çox zərbə dəyən sahə olması təbiidir və düşünürəm ki, bizim haldada bu belə olacaq. İnsanların maddi vəziyyəti pisləşəndə xidməti özünə, özünün etməsi təbiidir. Deyə bilərsiniz ki, bəs əhalinin pulu yoxdur, xarici getməyə, bəlkə turizm sektorumuz inkişaf edəcək… məndə deyirəm ki, boş şeydir. Biz turizm inkişaf etdirə bilmirik;
- İstehsal. Düşünürəm ki, artım dinamikası göstərən yeganə istiqamət ola bilər. Səbəb?! Birincisi yuxarıdada dediyimiz kimi, pərakəndə ticarət gerilədiyi üçün, satıcılar çevik şəkildə profilini istehsalçıya çevirə bilər. İkincisi insanlarda maddi vəziyyət pisləşdiyindən butün sektorlarda yerli, ucuz malları təlabat artıb və daha da artacaq. Əlbəttə burada bizim əsas “dərdimiz” rəqabətqabiliyyətli sahəmizin olmaması, istehsal üçün lazım olan yan sənayələrin yoxluğu önə çıxır… kaşkı, biz neft pullarından daha səmərəli istifadə edərdik… sözünüdə demək istəyirsən, amma demirsən, çünki bunun elə bir faydası bugün yoxdur. Bugün istehsalda çalışanlar ciddi artım edə bilərlər, ən azı bazar paylarını artıra bilərlər.
Bilirəm… bilirəm ki, deyəcəksiniz… “hə nə olsun, indən sonra nə olacaq?”. İnanırsız, bilmirəm. Bilmirəm indən sonra nə olacaq, amma bilirəm ki (düşünürəm ki) hansı addımların atılması ölkədə biznes mühitini yüngülləşdirə bilər. Beləliklə:
- Buroktatik əngəllər biznesin önündən çəkilməlidir. Sizə səmimi deyim, mənə bəzən elə gəlir ki, əgər boş-boş məmurlar olmasa, ölkədə ÜDM heç olmasa bir 15-20% daha yüksək olar, özdə real biznesdə;
- Daha mütərəqqi Vergi siyasəti. Bilirsiz, əslində biz Vergi verməyi xoşlamırıq… bu təbiidir çünki, Azərbaycan biznesin “kökü” hələ dərin deyil, bizim sahibkarlar düşünür ki, necə edək ki, vergiləri aldadaq… amma təəsüf ki, eyni fikir vergi işçilərinində beynində olur. Bu həll edilməlidir, məncə ölkə rəhbərliyi bunu bilir və bu reformlara hazırlaşır;
- Bankların aktivlikləri bərpa edilməlidir. Mən düşünürəm ki, dövlət banklarımızın inkişafı üçün pul tapmalıdır, deyə bilərsiniz, pulu hardan tapsın?! Bilmirəm, amma bilirəm bugün bank sektoru batsa, ölkə iqtisadiyyatı arxasınca gedəcək.
Butün hallarda əminlik deyə bilərəm ki, 2015-2016 ölkəmizdə fərqli biznes idarəetmə metodlarını tələb edəcək və vəziyyətin düzəlməsini gözləməkdənsə, vəziyyətin düzəlməsi üçün addımlar atmaq lazımdır.
Unutmaq olmaz ki, bazarda hər zaman, boşluqlar, alternativlər var.
P.S. Əlbəttə, mən populizmə gedib… böhran biznes üçün imkandır, imkanlardan yararlanın sözünü demək istəmirəm!))
Müəllif: İlkin Manafov