Biznesmeni fərqləndirən 3 xüsusiyyət

Biznesmeni fərqləndirən 3 xüsusiyyət
1516

Ali məktəbi bitirdikdən sonra, seçdiyim ixtisas gərəyi və ya təsadüfdən ölkəmizdə olan ən güclü biznesmenlərin, iş adamlarının arasında olmuşam. Bundan sonra, Rusiyada yaşadığım illər, biznesi daha yaxşı başa düşmək üçün mükəmməl baza oldu, Rusiyada yaşayanda mən biznesi daha içəridən görə bildim, çoxlu şeylər öyrəndim və indi əminliklə Sizə deyə bilərəm ki, bütün uğurlu biznesmenləri adi adamlardan fərqləndirən 3 əsas xüsusiyyət var. Bu yazıda istəyirəm bu xüsusiyyətlər barədə Sizinlə söhbət edim.

İlk əvvəl qeyd etməliyəm ki, bizim ailə tam olaraq təhsil ailəsidir. Bizneslə məşğul olmaq, ticarətçi olmaq, bizdə demək olar ki, heç kimdə olmayıb: atam elmlər doktoru, anam isə Ana dili müəlliməsidir. Hər ikisi Ali məktəbdə işləyir və öz həyatlarında heç vaxt bizneslə məşğul olmayıblar. Yadıma düşür, ilk mağaza açmaq istədiyim vaxtlar, anam çox ciddi şəkildə buna mane olmaq istəyib (Allah bütün valideynlırin canını sağ eləsin) və s. Buna baxmayaraq mən öz həyatımı yalnız və yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda görürəm və yəgin ki, müzdlu şəkildə işləməyi heç vaxt şəxsi biznes qurmağa dəyişmərəm. Əlbəttə, sabah haqqında nəsə fikir yürütmək heç bir şəkildə bizə düşməz, hər şey Qurban olduğumuzun əlindədir.

Sahibkarlıq muasir cəmiyyətin inkişaf lokomotividir. Məhz sahibkarlar yeni iş yerləri yaradır, məhz onlar dövlət büdcəsinə pul gətirir və əlbəttə ki, onlar ölkəmizi daha güclü edir. Həmçinin unutmaq olmaz ki, sahibkarlıq fəaliyyəti insanların xəyallarını gerçəkləşdirə bilir.

Keçək yazımızın suallına – hansı xususiyyətlər biznesmeni adi adamlardan fərqləndirir?

Elastiklik. Sahibkarlar digər insanlarla müqayisədə öz hədəflərini çatmaq üçün çox elastik olurlar. Başqa sözlə desək, fikir, nəzər nöqtələrini konkret zaman kəsiyində fərqli formada edə bilirlər. Burada əsas məntiq ondadır ki, sahibkarın hədəflərindən asılı olaraq onun maraqları və məsələyə baxış bucağı deyişir. O insanlar ki, yətərincə elastik ola bilmirlər öz biznes fəaliyyətində inkişaf edə bilmirlər – daha tez konfliktə girirlər və nəticədə nesə əldə edə bilmirlər. Dünyada və ya Azərbaycanda öz sözünə demiş istənilən sahibkarın tarixini öyrənin və aydın şəkildə hiss edəcəksiniz, hansısa hissələrdə düşüncələrdə böyük dəyişikliklər olub.

Burada bir məsələyə diqqət etmək lazımdır. Elastiklik yalnız və yalnız taktiki elementlərdə ola bilər. Strateji olaraq sahibkar öz prinsiplərinə tam sadiq olmalıdır. Amma hansısa hədəfə çatmaq üçün lazım olan taktiki yerlərdə elastiklik son dərəcə vacibdir. Məsələn, Rokfellərlə daim neft biznesi ilə məşğul olaraq neftin daşınması prosesinə nəzarət etməyə çalışıb – bu prinsiplərini heç vaxt dəyişmir. Digər tərəfdən əsrlər boyu Rokfellerlər öz maraqları üçün müxtəlif siyasətçilərdə “dost” ola biliblər və s. Bir sözlə taktiki elementlərdən elastiklik mütləq vacibdir.

Hərəkəti sevmək. İki cür insalar var: hərəkət edən və düşünən. Biznes adamı hərəkətə hər zaman düşünməkdən öndə tutmalıdır. Bu məsələyə başqa cür desək, risk etmək də demək olar. Mümkün deyil ki, sahibkarlıq fəaliyyətində hər şeyi tam düşünə biləsən. Hər şeyi tam düşünüb, riskləri minimuma endirib hərəkət etməklə heç bir şəkildə biznesdə uğurlu olmaq olmaz. Biznes yeniliyi, cəsarəti sevir. Sonunu düşünən qəhraman ola bilmədiyi kimi, hər şeyi düşünüb hərəkət edən insanda biznesdə uğurlu ola bilməz. Məhz buna görə biz biznes-plan yazmağa skeptik yanaşırıq. Hər zaman icra keyfiyyəti, ideya keyfiyyətindən üstün olub. Yaxşı sahibkar güclü ideya sahibi deyil, yaxşı sahibkar normal ideyanı mükəmməl icra ilə mənfəət əldə etməkdir.

Dediklərimdən elə başa düşməyin ki, düşüncəsiz olmaqla biznesdə irəli getmək olar. Yox, əsla yox. Amma əmin olun ki, heç bir şəkildə yalnız düşünməklə heçnə etmək olmaz. Heç bir biznes fəaliyyəti yalnız düşüncəyə əsaslanmaqla irəli getməyib. Diqqət edin, böyük işlər yalnız böyük ürəklə əldə edilir.

Davaya hazır olmaq. Biz bir neçə dəfə demişik, indidə yadınıza salmaq istəyirik. Yaxşı biznesmen olmaq üçün marketinqi, IT-ni, insan qaynaqlarını və s. bilmək lazım deyil. Güclü biznesmen daim müharibəyə hazır olan insanlardır. Döyüş qaydalarını düzgün bilmək, yaxşı biznes aparmaq üçün ən vacib insan biliyidir. Sahibkarlar hər zaman döyüşə hazır olmalıdırlar, çünki biznes hər addımda dava ilə xarakterizə edilir. Rəqabət mühiti, dövlət orqanları, parntyorlarla iş… bir sözlə hər bir biznes elementində müharibə qaydaları yaxşı işləyir. Bəlkədə təsadüfi deyil ki, biznesdə olan terminlərin çoxu döyüş elmindən götürülüb.

Həmçinin hesab edirəm ki, biznesmen üçün vəziyyətin soyuqqanlı təhlil edilməsi bacarığı – müşahidə qabiliyyəti son dərəcə vacibdir. Biznesmenin yaxşı qiymətləndirmə qabiliyyəti olmalıdır. Bu hər bir addımda son dərəcə ona lazım olacaq.Əziz oxucu, özünüzün rəqabət gücünüzü təyin edin və biznesə başlayın. Mütləq başlayın, çünki bazar iqtisadiyyatında bu xəyallara çatmağın ən yaxşı yoludur!

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com/