Əziz oxucu, vaxtınızı çox almadan Sizə bloqun axırında deyəcəyim sözləri əvvəldə demək istəyirəm – Biznesdə heç bir şəkildə sadiq müştəri olmur. Nə daxili müştəri (oxu işçiləriniz) nə də xarici müştəri (oxu alıcılarınız) sadiq olmur. Onlar sadəcə özlərini belə göstərirlər və bir-az məsələ qəlizləşən kimi, heç bir sadiq müştəridən söhbət belə gedə bilmir. Maraqlıdırsa niyə belə düşündüyümü izah edim.
Bu yazıda biz daha əvvəl dediyimiz mövzunu dahada inkişaf etdiririk.
İlk əvvəl deyim ki, “Pul” olan yerlərdə sadiqlik haqqında danışmaq ən azı sadəlövlükdür. Pul çox şeyə qadirdir və insanlar bunun “dadını” bildikdən sonra pul qazanmaq üçün etdikləri heç bir addımda sadiqlik göstərmirlər. Necə ki, biz öz bədənini satan fahişədən partnyoru sadiqlik gözləyə bilməz (çünki fahişə bu işə sadəcə pul qazanmaq üsülü kimi baxır) eləcədə biznesdə pul qazanmaq üçün atılan addımlarda sadiqlik axtarmaq səhvdir…
…bəli-bəli, məhz səhvdir. Çünki biznes pul qazanmaq üçün atılan addımların cəmidir. Bu prosesdə (pul qazanmaq anında) sadiqlik prinsipləri ilə hərəkət etmək sadəcə səhvdir və uğursuzluq gətirir. Diqqət edin. Biz burda səhv üsullarla biznes etməkdən danışmırıq, biz sözünün üstündə durmamaqdan danışmırıq… biz sadəcə deyirik ki, biznes adamı pul qazanmaq üçün daha əvvəl ona pul qazandıran adamla işə bitirə bilər – əgər buna səbəb varsa.
Biznesdə sadəlik dedikdə biz iki istiqamət barədə danışa bilərik: şirkət işçiləri və biznes tərəfdaşlar (müştərilər və təhcizatçılar). İcazə versəniz mən ilk olaraq işçilərin sadiqliyinin sadəcə “xulya” olduğunu göstərmək istəyirəm. Niyə işçilər sadiq ola bilməzlər?
İşçilər sahibkara öz əməklərini satırlar və bunun müqabiləndə pul alırlar (oxu, ad, şan-şöhrət, özünü göstərmək, təcrübə və s.) yöni sahibkarla işçi arasında sövdələşmə olur. Belə yerlərdə heç vaxt sadiqlikdən danışmaq olmaz.
Bu arada kimlərsə durub “biz burda pula görə işləmirik… şirkəti öz şirkətimiz bilirik” tərzində sözlər deyirsə, bilin ki:
Gəlin müştərilər, yəni bizə pul verənlər barədə düşünək. Görək onlar necə “sadiqdirlər”?
B2B bazarlardada sadiqlik anlayışı yoxdur. Düşünün ki, Siz işiniz başlayan gündən avadanlıqları bir şirkətdən alırsınız. Biznesin ortalarında digər bir şirkət eyni avadanlıqları 1 illik pulsuz zəmanətlə və aşağı qiymətlə təklif etsə, axı biz deməyəcəyik: “Yox mən sadiqəm…” Təkrar edirəm pul çox şirin dəyərdir və işin canı bunu qazanmaqdırsa burada sadiqlik ola bilməz! Məncə!)
Mən şəxsən inanmıram ki, müştəri brendə sadiq olduğuna görə, onu bağışlasın, ümumiyyətlə dünya belə bir keys yoxdur. Yalnız tam məmnun olan müştəri sadiq ola bilər, lakin heç vaxt məmnun olmayan insan sadiqlik göstrəmir. Başqa sözlə desək, müştəri razı qaldı müddətcə sadiq olur, razı qalmadı – qaçır! 21-ci əsrdə bu 100% belədir, məncə.
Sadiqlik yalnız qeyri-maddi dəyərlərin üzərində ola bilər: sevgi, dostluq, valideynlik və ya övladlıq hissi və s. Biznesdə sadiqlik olmur, bu sadəcə özümüzü aldatmaqdır məncə!
Müəllif: İlkin Manafov
Mənbə: http://www.ilkinmanafov.com