Biznesin qurulması üçün çox vaxt sponsor və ya himayədara ehtiyac olur. Onu necə tapmaq lazımdır?
İlk növbədə, sponsorda maraq oyatmaq lazımdır. O, təklif edilən biznesə pul qoymağı istəməli və öz xeyrini görməlidir. Sponsor biznesdən gələcək olan dividendlərə ümid eləyir.
Potensial sponsorda maraq oyatmaq üçün layihənin və ya biznes-ideyanın prezentasiyasını mükəmməl şəkildə təşkil etmək lazımdır. Sponsor həmçinin rəqəmsal göstəricilər və haqq-hesablarla da maraqlanacaq. Prezentasiyanın keçirilməsi zamanı ideyanın sərfəliliyini, sponsorun perspektivi və üstünlüklərini xüsusi vurğulamaq lazımdır.
Sponsor axtarışını isə ya müstəqil surətdə, ya da internet şəbəkəsinin köməyindən istifadə etməklə həyata keçirtmək olar. Bir sponsoru qəti olaraq seçməzdən əvvəl bazarla yaxından tanış olmaq və onun təkliflərini təhlil etmək lazımdır.
O təkcə maliyyə dəstəyi göstərməkdən başqa, həm də mebel, avadanlıq, xidmətlər və s.-lə təchiz edə bilər. Məsələn, sponsor mobil rabitənin xərcini və ya maşının pulsuz təmirini öz öhdəsinə götürə bilər.
Sponsorluq haqqında müqavilənin bağlanması – hər iki tərəf üçün sərfəli razılaşmadır. Lakin sponsorun bütün xərcləri öz öhdəsinə götürəcəyini də düşünmək olmaz. Çoxları öz ideyalarını həyata kecirmək arzusundadır, lakin maliyyə vəsaitinin olmaması buna mane olur. Odur ki, sponsor axtarışına düzgün yanaşın!