Biznes planla investoru necə qazanmaq olar?

Biznes planla investoru necə qazanmaq olar?
3329

Ford avtomobillərinin rəqibinin at arabaları və onların qoşquları olduğunu bilirdinizmi? Bu cür rəqabətlilik və uğurlu biznes plan arasındakı əlaqəni özünüz təyin edin dostlar.

Uğurlu Biznes Planın yazılması ardıcıllığı

Biznes plan yazmağın strukturunu verməmişdən əvvəl, onun yazılmasının 3 vacib prinsipini nəzərinizə çatdırmaq istəyirəm:

1. Planı qısa et
Biznes plan iki səbəbə görə qısa və lokanik olmalıdır:
1) Oxunmasının cəlbedici olması üçün – ona yatırım edəcək investorların məlum vaxt məhdudiyyəti səbəbindən;
2) Həmçinin vaxtaşırı əlavələr və düzəlişlər edilməsi baxımından da çevik olmalıdır.

2. Potensial yatırımçıları tanımaq
Plan elə dildə yazılmalıdır ki, yatırımçı onu anlasın. Məsələn, əgər plan İT sektoruna aiddirsə və orada çox sayda spesifik terminlər varsa, amma investor bu sözləri bilmirsə, onda biznes planın jarqonunu onun başa düşəcəyi dilə uyğunlaşdırmaq lazımdır.

3. Plan yazmaq sizi qorxutmasın
Əksər iş adamlarının və sahibkarların, biznes təhsili yoxdur. Onlar da hər şeyi yaşayaraq öyrənirlər və bu səbəbdən də, qorxmaq əvəzinə planın yazılışı boyu çıxacaq problemləri çözmək daha önəmlidir.

İndi isə keçək biznes plandakı fəsilləri nəzərdən keçirməyə.

1) İcra xülasəsi
Bu, sizin biznesə və planınıza ümumi baxışdır və plan da, çox vaxt 1-2 səhifə hüdudunda olur. İcra xülasəsi əslində, bütün biznes planın qısa xülsasəsidir və bu hissə planın fəsillərindəki əsas detalları özündə əks etdirməlidir. İcra xülasəsi, bütün biznesin mahiyyətini özündə tərənnüm edən bir cümlə ilə başlamalıdır. Cümlənin bu yığcam, amma dolu əhval ruhiyyəsi, ilk abzasda və sonrasında da davam etməlidir. Yazılış texniki və ya qrammatik cəhətdən səhvsiz olmalıdır.

Məqsəd, ilk cümlələrdən potensial investorun diqqətini cəlb etməkdir ki, həmin şəxsin bütün planla tanış olması baş tutsun.

2) Şirkətə baxış
Bu fəsil şirkətin hüquqi strukturu və yerləşməsi ilə bərabər onun tarixi haqqında məlumat verir. Bu hissə adətən biznes planda ən qısa hissə olur. Amma bu hissənin xüsusi önəm kəsb edən məqamı var: Şirkətin missiyası.

Missiya bəyanının yaradılmasına çox vaxt sərf etmək, yanlış olardı. Bu hissə uzun cümlələrə və ya fikir ifadəsinə gətirib çıxara bilər və missiya bəyanındakı ruhsal sazlanma itmiş olar.

Şirkətin missiyası bir və ya iki cümlədən ibarət olmaqla, qısa formada olmalıdır və yüksək yönətimdə sizin nə etməyə çalışdığınızdan ibarət olmalıdır. Hər bir şirkətin mahiyyətcə dəyər təklif etməsini nəzərə alsaq, missiya bəyanı ilə şirkətin (bazara və ya müştəriyə olan) dəyər qatqısı eyni olmalıdır.

Məsələn, Toyotanın missiya bəyanı: “İnsanların hərəkətini daha yaxşı vasitə ilə həyata keçirmək”`dir. Google`un missiyası da maraqlı və uyğundur: ”Dünyanın informasiyasını təşkilatlandırmaq və onu, kürəsəl olaraq, əlyetərli və faydalı etmək”.

3) Məhsul və Xidmətlər
Bu bölmə bütün biznes planın özəyi hesab olunur. Çünki, məhz bu bölümdə siz, bazardakı istismar edilməmiş təklif boşluğunun necə çözüləcəyini və sizin məhsulun və xidmətin, ümumi rəqabət konyukturasına necə sığacağını təsvir edəcəksiz. Əgər bu boşluğu və onun həlli yolunu, konkret aşkar şəkildə təqdim edə bilmirsizsə, onda sizin planınız, keçərli biznes konseptə malik olmayacaq.

Təklif boşluğunun aşkaretmə və çözüm təsvrinidən sonra dərhal rəqabət mövzusuna keçin. Bu arada, bir şeyi yəqin edin ki, istənilən biznesin rəqibi var. 20-ci əsrin əvvəlində Ford avtomobillərinin maşınlarının rəqibi, atlar və atlara qoşulan qoşqular idi. Halbuki, bu yeni məhsul, ilk baxışda, öz dövrü üçün rəqibsiz təəssüratı bağışlaya bilərdi.

Rəqibləri müəyyən etdikdən sonra onların fəaliyyətini, öz məhsulunuzun və xidmətinizin çözüm üslubu ilə müqayisə edin. Müqayisənin ana məqəsədi, sizin çözümünüzün rəqib çözümündən necə üstün və ya fərqli olmasını aşkara çıxarmaqdır.

Əgər plan, şəbəkəli biznesə məxsusdursa, burada, mümkünsə əlverişli şəbəkə yerləşmələrindən olan strateji üstünlüyü də təsvir etmək lazımdır.

Əgər sizin şirkətiniz, texnologiya ilə sıx əlaqələdirsə, çox vacibdir ki, bu texnologiyanı izah edəsiz və texnologiyadan olan üstünlüyün “sirrini” təsvir edəsiz. Əlbəttə, ticarət sirrini vermək lazım deyil, amma texnologiyanı və onun üstünlüyün təsvir etmək, biznes planın ancaq xeyrinə olar.

İntellektual mülkiyyət varsa və biznes, büsbütün onun varlığından ibarətdirsə (məsələn, dizləri zədədən böyük hesabla qoruyan idman ayaqqabılarının icadı), onda bu məhsulun funksiyanallığını və onun yaradacağı bisnes üstünlüyü ətraflı göstərmək üstünlük hesab edilir.

4) Hədəf bazarı
Məhsul və xidmət təklifini biznes planda təfsilatı ilə təsvir etdikdən sonra, diqqəti, hədəf bazarına yönəltməyin tam zamanıdır. Burada bütün məsələ, bir sual ətrafında olacaq: “Siz məhsulu kimə satırsız və onlar nə qədərdir?”

Biznesin növündən asılı olaraq, bu fəsildə izahın dərin təfsilatına girməmək də olar. Amma, nə olursa olsun, müştəri bazanızın təxmini həcmini bilmək və onu bu bölümdə əks etdirmək mütləqdir.

DİQQƏT: “Bazarım, bütün alıcılardır” tələsinə düşməyin. Buna nümunə ola biləcək misal ayaqqabı şirkəti qurmaqdır. İstənilən məhsul və ya xidmət,o cümlədən ayaqqabı istehsalı, bazarı seqmentlərə ayırır ki, hədəf də bu seqmentlər olmalıdır.