Biznes marketinqi çox sevir

Bildiyiniz kimi biznes bir çox sahəni özündə birləşdirir. Bunların hər biri əlbətdəki bir biznesin yaradılmasında, bir şirkətin qurulmasında rol oynayır. Bütün ünsiyyətlərdə, ikili əlaqələrdə, cəmiyyətdə hər şey qarşılıqlıdır. Gərək qarşı tərəfə nəsə verəsən və əvəzində nəsə alasan. Gərək qarşı tərəfə dəyərli bir şey verəsən və əvəzində onun dəyəri qədər başqa bir şey alasan. Əgər müştərilər məhsulunuzu sevmirsə, onu dəyərli görmürsə qarşılığında da hansısa dəyəri verməyə razı olmayacaqlar. Bu qədər sadədir. Sadecə bir məsələ var. Şirkət məhsulunu həm şirkət işçilərinə sevdirən, həmdə müştərilərə sevdirən marketknqdir.

Əgər bir şirkətdə marketinq bölməsi yaxşı işləyirsə, deməli şirkət işçiləri və müştəriləri şirkətin məhsulunu sevəcəklər. Çunki marketinq davamlı olaraq şirkəti sevdirməyə çalışan sahədir. İlk bu şirkəti sevdirmə düşüncəsi məhsulun planlaşdırılmasından başlayır və sonra istehsalında və satışında da davam edir. Marketinq, şirkətin və məhsulun gözəl şəkildə təşviqinin aparılmasını və PR-nıda öz üzərinə götürür. Marketoloqlar şirkət üçün iş gördükləri zaman özlərini, müştərini, məhsulu, şirkəti, markanı, cəmiyyəti sevirlər. Biznes üçün canlarını qoyurlar. Marketinq bizneslə bərabər müştəriləridə sevir. Nəinki müştəriləri, bütün cəmiyyəti sevir marketinq >>>(green marketing).

Mən marketinqi tərifləyərək digər sahələri göz ardı etmirəm. Hər bir sahənin öz yeri var. Ancaq düşünün bir şirkət tanınmasa, məhsul sevilməsə, müştərilərdə məhsula qarşı maraq yaradılmasa, reklam aparılmasa, məhsul satılmasa, satış olmasa yəni şirkətdən məhsul çıxışı olmasa və şirkətə pul daxil olmasa o şirkətin, o biznesin olmasının nə faydası var, o biznesdə işləyən 10-larla və 100-lərlə işçinin olmasının nə faydası var. Elə buna görədə mən çox əminəmki marketinq biznesi sevdiyi kimi biznesdə marketinqi çox , hətta lap çox sevir.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/