Biznes marağı vs incəsənət

Creative agentliyə (şəxsə) biznesin xatirinə pul xərcləyəndə o pulun yalnızca incəsənətə, yoxsa həm də biznesinə xidmət etdiyinə bax. Creative iş biznesə yönəldiyi halda da incəsənət əsəridir. Biznesə xidmət etmədən yalnız incəsənət əsəri olması bizə lazımdırmı?Creative agentliyin (şəxsin) əsər ortaya qoymaq istəyi və marağı nə dərəcədə uyğundur sənin biznes məqsədinlə?

Praktikada tez-tez rast gəlinir. Dizaynerlər əsərlərinin peşində olunca sifarişçinin pul qazanmaq marağı ofsaydda qala bilir.
Nəticədə dizaynerə ödədiyin pul biznesə yönəlmir, incəsənətə yönəlmiş olur ən yaxşı halda.

 Müəllif: Anar Bayramov

Mənbə: http://anarbayramov.com