Benchmarking sözü biznes sektorunda tez tez istifadə olunan sözlərdəndir və dilimizə "müqayisə" olaraq kimi tərcümə olunmaqdadır. Yəni, benchmarking bir müəssisənin öz rəqabət qabiliyyətini yüksəltmək üçün, liderlik qazanmış yaxudda öndə gedən şirkətlərə baxaraq, onlara görə özlərini müqayisə etməyi və əsasda onlardan nümunə götürməyi ortaya qoymaqdadır.
Bundan əlavə olaraq benchmarking iki şirkət arasında əməkdaşlığın yaranmasıdır. Bu şirkətlər, əməkdaşlığın hər iki tərəfə nələrsə qatacağına inanırlar. Hər iki tərəf əksik olan fəaliyyətlərini əməkdaşlıq etdiyi şirkətin hesabına düzəltməkdədir və yaxudda düzəltmək istəməkdədir.Azərbaycanda bütün şirkətlərdə böyük əksikliklərin görüldüyünə hər birimiz şahidik. Belə olduğu təqdirdə əsasən Amerika bazarına yaxudda bizimlə qonşu olan dövlətlərə Türkiyə və Rusiyaya baxaraq onların şirkətlərindən böyük bir dərs çixartmalıyıq. Əsasəndə o şirkətlərlə benchmarkingə getməliyik. Digər qonşu dövlət olan İran son günlərdə qərb ölkələri ilə etdiyi müqavilələrlə böyük sıçrayışlar edə bildi.
Onsuzda gündən günə inkişaf edən iqtisadiyyatı indi daha sürətli və daha intensiv inkişaf edəcəkdir. Bu ölkələrdə olan nəhəng şirkətlərin istər getdiyi yolları, istər strategiyaları, istər rəqabət gücləri bizim şirkətlər üçün nümunə olmalıdır. Əgər bir şirkət Azərbaycan bazarında bir sektora yönəlibsə ilk öncə o sektorda olan lider və uğurlu şirkətlərdən nümunə götürməlidirki bu tipli şirkətlər Azerbaycanda azdır. Uyğun gələcək şirkətlər varsa onlarla benchmarkingə getmək olar. Rəqib şirkətlər olmasada digər sektorda olan şirkətlərlə benchmarkingə getmək olar.
Əgər şirkət özünü ölkədəki şirkətlərlə müqayisə etmək istəmirsə və yaxudda əməkdaşlıq edəcək bir şirkət tapa bilmirsə digər yuxarıda sadaladığım ölkələrdə olan öz sektoruna uyğun şirkətlərdən nümunə götürməlidir. Şirkətlərlə özlərini müqayisə etməlidirlər və onlarla vaxt itirmədən əməkdaşlıq etməlidirlər. Əlbəttəki burdakı müqayisə, sərmayə və böyüklükdən getmir. Şirkətin misiya və vizyonuna, strategiyalara, planlara və gedişatlara baxılmalıdır. Əsas məsələ əgər ortada əməkdaşlıq varsa hər iki tərəfin bir birinə qata biləcək üstünlüklərinin olması lazımdır.
Benchmarking iş dünyasında rəqabət üstünlüyünü təmin edir. Benchmarking şirkət daxili fəaliyyətləri, prosesləri və ya metodları digər firmalarla müqayisə edən, davamlılığı qoruyan və çox lazımlı bir sahədir.
1950-ci illərdə Toyotanın qurucusu, oğlu Eiji Toyodanı General Motors, Ford kimi avtomobil nəhənglərini araşdırmaq üçün Amerikaya göndərmişdir. Eiji Toyoda yalnız bu müəssisələri ziyarət etməklə kifayətlənməmiş, supermarketlərdə də müşahidələr aparmışdır. Supermarketlərdə boşalan rəflərin gecələr sürətlə və ehtiyaca uyğun doldurulmasından təsirlənən Toyoda, Yaponiyaya dönüşdə Avtomobil sektorunda "sıfır tədarük" sisteminin ilk yaradıcısı oldu.
Türkiyədə Sabancı kimi böyük bir holdinq davamlı olaraq inkişaf, daha yaxşı xidmət göstərmək və daha yaxşı sistem qurmağı nəzərdə tutaraq, 1997-ci ildə böyük benchmarking komandası yaratmışdır. Bunun üçündürki bu holdinq günümüzdə Türkiyənin demək olarki çox sektoruna yatırımlar edir və daimada rəqabət gücü yüksəkdir.
Müəllif: Cavid Abasov