“Bəlkə Google düz eləmir, sosial mediaya belə çox bağlanır”- qafiyəsini açmağa çalışacam. Əslində bunu Namiq Bayramova cavab kimi də nəzəzrə almaq olar. Dəvət üçün təşəkkürlər. Bir əmması var ki, öz üslubumda gələcək cavab. Bir dəfə Güvən Borçaya mesaj yazmışdım ki, niyə məqaləni az yazırsınız. Uzun müddətdən sonra cavab gəldi: “Çocuk, zamanım yok.” Xususən elmi ağırlığı olan bloqlar zamanın ən dəyərli varlıq olduğu dunyada trendlərdən hal-əhval olmaq istəyənlər və ya özünü kəşf edə bilməyənlər üçün əvəzsiz nemət, dəyərli yol xəritəsidir. Düşünün ki, reklam agentliyinə zəng olunur (adı lazım deyil, baş herfi Y)). Xidmətlər soruşulur və ardınca gələn sual: “Sizin nə qədər işçiniz var? ”Buda bizdəki peşəkar biznes yanaşma. Qısası çox şeyin hətərəm-pətərəm olduğu bir zamanda belə məzmunlu bloqlar vacib və labüddür.
Keçək əsas mətləbə. Scott Strattenin “Sosial mediada görülən vacib işlər” kitabından bir nümunəni sizlə bölüşmək istərdim. Əvvəl zaman içində, Las Vegasda bir oteldə qeydiyyata düşmək üçün uzun müddət gözləyən biri bunun sosial mediada paylaşır. Şikayətçi olduğu oteldən cavab gözləyərkən rəqib oteldən cavab gəlir, amma siz düşündüyünüz tərzdə yox. “Bu pis təcrübə üçün çox məyusuq. Ümid edirik ki, Las Vegasda qaldığınız müddətdə hər şey gözəl keçər.” İstifadəçi artıq növbəti səfər o oteli seçmişdir. Facebook səhifələrini bəyənməsi 3500 kişinin bu oteli müzakirə etmələrinə səbəb olmuşdur. İnsanlar hər anlarını sosial mediada keçirdikləri üçün sizdə onların yanında yer alın.
Təbii ki, olanlar sosial medianın gücünü göstərir. İnsaların 90% alış-veriş etmədən əvvəl məsləhət almağı sevir. Və bu mənbə indi sosial mediadır. Mübahisəsiz SEO-nun brendlər üçün mühüm vasitə olduğu bir dövrdə şirkətlərin düzgün seqmentə, düzgün mesajı ucuz üsulla təqdim etmələri sosial media ilə mümkün olur. Tez-tez yenilənən Google algoritması gündən-günə təkamül edən sosial medianı diqqətə almağa məcbur oldu. Google, Google+ və ya Google Sosial Search ilə defaktoda olsa bunu etiraf edir. Bununla yeni bir anlayış yaranır-Sosial Media Optimization.
Artıq Sosial media platformaları axtarış sistemindəki sıralamaya təsir edir, çünki atılan tvitlər, yüklənən videolar, paylaşılan şərhlər, başqa sözlə sosial mediaya ait hər şey link yaradır. Google robotları isə linkləri sevir. Axtarış sisteminə məşhur blogger Michael Hyatt-ın adını yazsanız 2-ci və ya 3-cü sıradan etibarən sosial media hesabının çıxdığnın şahidi olacaqsınız (Rafiq Hunaltay yazsanızda eyni nəticə yaranacaq )). Domain adınızda açar sözlərin düşməsinin nə qədər vacib olduğunu bilirik. Facebook istifadəçi adı domain adı olaraq qəbul edilir ( Ayka N. heç də uğurlu seçim deyil). Klassik SEO-da bir veb saytın Google-da indekslənmə ( qeydiyyata düşmə) tarixi nə qədər keçmişə dayanarsa Google bu saytları təhlükəsiz qəbul edər və “Trustrank”-ı yüksək tutar. Google, sosial şəbəkələr üçün mümkündür ki, eyni siyasəti izləsin.
Klassik SEO-da səhifənin təsvirində (saytın başlığının altında yer alan bölüm) açar sözlərin düşməsi çox vacib idi. Google-un Facebook nəticəsidə buna əsaslanır. Profil məlumat bölümünü doldurarkən açar sözlərin olması çox vacibdir. Google Facebook hesabınızda korparativ “URL”-nin olmasına dəyər verir. Profil fotonuzda müxtəlif hərf və rəqəmlər kombinasiyasından ibarət olmasına göz yummayın. Təqibçi sayısı, keyfiyyətli post sayısı, profilinizdə keçirilən zaman, Facebook engagement ( sizə gələn şərhlər, gələn mesajlara tez cavablama ) olduqca vacib nüanslardır.
Hələ Go-golf.com-un araştırmasına görə 2011-ci ildə günlük 2 milyondan çox video izlədən, Alexa sıralamasında 3-cu olan Youtube video portalının belə özunə xas sıralama algoritması var. Slideshare-də poverpoint təqdimatını əlavə etmək və “pin”-ləmə vacibdir. Sonrakı yazılarımda detallar haqda (Google + üçün özəl bir yazı nəzərdə tuturam) qeyd edəcəm. İnanın ki, 1000-dən çox təqibçisi olan birinin paylaşdığı linklə 100-dən az təqibçisi olan birinin paylaşdığı link eyni dəyərə malik deyil. Son olaraq mənim də duelə dəvət etmək istədiym bir nəfər var – Rəhim Hüseynov. Təəssüf ki, aramızda deyil. Yeri cənnət olsun.
Müəllif: Müşfiq Şirəliyev