Bakcell'i bağışlamaq olarmı?!

Bakcell abunəçiləri internetdən istifadə etmək üçün Bakcell’in təklif etdiyi limitli və limitsiz internet paketlərindən faydalanırlar. Paket limitdirsə limit bitəndə Bakcell’dən sms gəlir ki, bəs internet paketiniz bitdi, ehtiyatlı olun, bundan sonra balansınızdan pul çıxılacaq. Sən də dərhal növbəti internet paketi götürməlisən, əks halda internet balansdan kifayət qədər çox pul çıxır.

Bir müddət öncə Bakcell’in bu bildirişi (paket bitəndə sms gəlməsi) gecikməyə başladı. 3-4 dəfə məndə belə hal baş verdi: Sms gəldi ki, internet paketiniz bitib. Mən də mobil internet’i bağlayanda bildiriş çıxdı ki, son istifadə 3.20 azn. Məsələ belə olub ki, həmin sms mənə paket bitəndən 10-15 dəqiqə sonra gəlib, bu müddətdə istifadə etdiyim internetə görə ödəniş pul balansımdan çıxılıb. Növbəti dəfə də buna bənzər hal yaşandı. Bu barədə bir dəfə Bakcell-ə zəng edib məlumat versəm də, konkret cavab almamışdım.

Amma dünən Bakcell’in bu problemi həll etdiyini gördüm. Hətta problemi həll etməklə yanaşı daha yaxşısını edib. İndi sizin internet paketinizdə 10 MB qalanda Bakcell’dən sms gəlir ki, bəs internet balansın azalır, işini on görə planlaşdır. Bitəndə isə dərhal sms gəlir ki, paketiniz bitdi.

Bu 10 MB qalanda sms gəlməyi faydalıdır əslində. Çünki paket bitəndə sms gəlirdi və sən Hesab.az‘a daxil olub növbəti paketi aktivləşdirmək üçün balansını artıra bilmirdin, çünki internet paketin bitib artıq. Amma indi 10 MB olduğuna görə istədiyin əməliyyatı rahat edə bilirsən.

Sms bildiriş gecikməsinə görə Bakcell’i qınamaq olardı (ki, çoxları da qınadı), amma bu yeniliyini də alqışlamaq lazımdır məncə. Əlbəttə ki, bu, əslində böyük bir məsələ deyil, amma Bakcell’in istifadəçilərinə olan diqqətinin göstəricisidir. Yəni, söhbət sosiskada deyil, “vnimatelni” olmaqdadı :)

Siz deyin, Bakcell’i bağışlamaq olarmı?!

Müəllif: Orxan Rza

Mənbə: http://orkhanrza.com