Azərbaycanda şəffaf biznes üçün 3 vacib şərt

Əziz oxucu, ölkədə olan son iqtisadi dəyişikliklər barədə fikirlərimi Sizlərlə paylaşmaq istəyirəm. Amma istəyirəm Sizə bir daha xatırladam ki, biznes siyasətdən nə qədər kənar olsa bir o qədər düzgün və sistemli idarəedilir. Biz bugün ölkədə olanları mikro-səviyyəli biznes nöqtəyi nəzərdə dəyərləndirməyə çalışaceyik. Düşünürəm ki, Sizin üçün maraqlı olar. Beləliklə… ölkədə şəffaf biznes üçün lazım olan 3 maniyə barədə danışaceyik.

İlk əvvəl deməliyəm ki, biznes və siyasət antonimdir. Başqa sözlə desək biznesmen (sahibkar) siyasətə alüdə olduğu gündən biznesində boşluqlar, zəifliklər başlaya bilər. Biznes pozitiv düşüncəni çox sevir, siyasətdə isə neqativlik bəzən “epizodik”də olsa xal qazandırır.

Azərbaycan iqtisadiyyatı özünün “qızıl neft” erasını başa vurmaq üzrədir. Dünya neft ehtiyyatları nöqtəyi nəzərindən Xəzər Dənizi (və ya Gölü) qlobal bazar üçün heç vaxt strateji neft hasilatı olan yer kimi qəbul edilməsədə, Azərbaycan kimi kiçik ölkə üçün, neftdən daxil olmalar, neft fondunda yığılsada belə, ölkə iqtisadiyyatının (ordan sadə xalqın) rifahına bir-başa təsir edən amil edi. Ölkə büdcəsi neft və neft kimi gəlirlərdən formalaşdığı üçün dünya bazarında neftin qiymətinin düşməsi (və əlbəttə ki, yaxın qonşularımızda olan böhran) Azərbaycan üçündə ciddi iqtisadi problemlər yaratmağa başladı. Problem deyəndə ki…

…əslində problem-zad yoxdur. Sadəcə ölkədə biznes özünün yeni mərhələsinə qədəm qoyur. Bu mərhələ təbii ki, özünə xas olan elementlərlə doludur və biznes təcili şəkildə özünü bu reallıqlara adaptasiya etməlidir. Adaptasiya etdikdən sonra böhran təsirləridə azalacaq. Necə dəyərlər bugün miqyasından asılı olmayaraq butün bizneslər hərəkət etməlidir. Hərəkət dediz yadıma Enşteynin gözəl sözü yadıma düşdü:

 Fərqli nəticələr əldə etmək istəyib, köhnə addımları atmaq sadəcə ağılsızlıqdır. Fərqli    nəticələr əldə etməyin yeganə yolu, fərqli addımlar atmaqdan keçir!

Sizə bir sözdə deyim… buna görə məni dostlarımız qınasada bugün Azərbaycanda olan iqtisadi modeli bir mənalı pisləmək, neft gəlirlərinin səhv xərcləndiyini demək, inanın ki, haqsızlıq olar. Əlbəttə, hər şey mükəmməl olmayıb, amma neftin-neft vaxtlarında ölkənin iqtisadi rəhbərliyi əlindən gələni etməyə çalışıb.

Keçək əsas mövzumuza, bugün ölkədə belə bir fikir gəzir ki, biznes sahəsində olan boşluqlar (qeyri-şəffaf fiskal siyasət) aradan qalxsa vəziyyət daha yaxşı olar. Buna mane olan 3 strateji və bir-birləri ilə tam əlaqəli məsələ və istiqamət var. Daha konkret ölkədə hər şeyin “ağ” olamsı üçün…

  • Gömrük. Gömrükdən keçirilən butün mallar tam şəffaf formada ödənişli olmalıdır. Yəni sahibkar malı öz adıyla gətirməlidir və rəsmi şəkildə qanunvericilikdə olan formada ödəniş etməlidir. Gömrük prosesi rəsmi brokerlər tərəfindən aparılmalıdır, necə ki, keçmiş sovet ölkələrindən Gürcustanda, qismən Rusiyada belədir.
  • Xarici ödənişlər. Gömrük “ağ” olduğu zaman sahibkar mütləq ödənişləridə ağ formada etməlidir. Bu bank sektorundan yeniliklərə və əlbəttə ki, xarici ticarətin şəffaf formaya gəlməsinə gətirib çıxaracaq.
  • Vergi. Son həlqə olaraq sahibkar məcburən Vergi sistemində işlərini “ağ” edəcək, çünki xaricdən mal gətirən şirkət şəffaf işlədiyi üçün öz kontraqentlərinidə eyni cür işləməyə sövq edəcək və əlbəttə ki, hər şey mütləq və mütləq Vergi ödənişlərinin “ağ” formada alacağına gətirib çıxaracaq.

Vəssalam! Çox sadədir. Sizə bir söz deyim… bu 3 faktorun üçünü birdən etməyədə gərək yoxdur. Bu həlqənin istənilən mərhələsində “ağ” işləmə tələb edilsə ölkədə olan butün biznes subyektləri ən geci 2-3 aya tam “ağ” muhasibatçılığa keçəçək. İndi qalır daha bir kritik sual: “Bu dəyişikliklər həqiqətənmi, biznesi gücləndirəcək və ya həqiqətəndə biznesə bu lazımdır?!” Hə-əə, bax bunu bilmirəm. Bunu oturub hesablamaq lazımdır, makro-iqtisadçı alimlərimiz tərəfindən. İnanırsız, buna vaxt ayırmaq istəmirəm, çünki bizim işimiz biznesdir və bu hesablamaq biznesin deyil, ölkə iqtisadi idarəetməsinin işidir. Ola bilər… ola bilər ki, bu dəyişikliklər həmdə siyasi nəticələr verə bilər. Çünki belə olduqda sahibkarlar çox güclü söz sahibi ola bilərlər. Ölkədə heç kimdən qorxmayan orta təbəqə yarana bilər. Biz buna hazırıqmı?!

Bunun üçün belə biz istər sahibkarlımızın səviyyəsi, istər biznesə baxışlarımız, istər elementar istehlakçı məlumatlılığı cəhətdən hazır olmalıyıq. Bugün Azərbaycan biznesi “ağ-mühasibatçılığa”, “kassaya vurmaqla ticarətə”, “gömrükdə broketlərlə işə”, “beynalxaql maliyyə alətlərinə” və s. hazır olaması məndə böyük şübhə doğurur. Hələ mən marketinq, biznes idarəetmə, maliyyə idarəedilməsi kimi təməl biznes yanaşmalardan danışmıram.

Əlbəttə, nədənsə başlamaq lazımdır. Amma qorxuram ki, bu başlanğıc biznes üçün qısamüddətli dövr üçün daha böyük problemlər yaratsın. Kaş ki, kaş ki, bu dəyişiklər neftin qiymətinin 100-120 dollar olan vaxtlarda olardı. Onda bazar problemləri özü dəf edədə bilərdi. Butün hallarda böyük ehtimalla şəffaf biznes, uzunmüddətli dövr üçün qeyri-şəffafdan daha effektivdir.

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com/