Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru cənab Simon Kleq bildirib: "Bu inanılmaz nailiyyətdir və ilk Avropa Oyunlarının rəsmi açılış mərasiminin Azərbaycanın idman tarixində ən möhtəşəm və unudulmaz gecə olacağı ilə biz hamımız qürur duymalıyıq. Bu unudulmaz şouya cəmi 3 gün qalıb və bu inanılmaz yolda biz yeni bir uğura imza atmışıq. 30 ay ərzində biz xəyalı reallığa çevirdik və son 50 ildə Avropa idman təqviminə daxil edilən çox əhəmiyyətli əlavəni tamaşaçılarla tam dolu stadionla qarşılayacağıq. Mən, 78 faizi yerli işçilərdən təşkil olunmuş bütün Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) heyətinə, təkcə artıq biletləri satılmış Açılış Mərasiminə görə deyil, həmçinin idman yarışlarının da biletlərinin satılmasına görə öz təşəkkürümü bildirirəm".
106 idman yarışları üzrə biletlərin artıq satıldığını bildirən cənab Saymon Kleq əlavə edib ki, Avropa Oyunları ərəfəsində Bakıda aşkar hiss edilən həyəcan indi də bilet satışlarına sirayət etməkdədir.
BAOƏK ilk Avropa Oyunlarına tamaşa etmək istəyən minlərlə insanın hüquqlarının qorunması üçün qanunvericiliyin biletlərin təkrar satışı və saxtakarlığı ilə bağlı tələblərinin pozulmaması üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları ilə birgə fəaliyyət göstərir. BAOƏK-in bilet satışı üzrə məsul şəxsi Miryam Boqataj deyib: "Biz Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Milli Məclislə mövcud qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi istiqamətində birgə fəaliyyət həyata keçiririk. Satılan biletlərin həqiqiliyini təmin etmək istəyirik və bunun etməyin ən yaxşı yolu biletləri yalnız Bakı və Mingəçevir şəhərlərində yerləşən bilet satış məntəqələrindən əldə etməkdir".
Bakı 2015 rəsmi veb-saytı Azərbaycanın idman tarixinin ən böyük gecəsinə bilet əldə edə bilməyənlər üçün Mərasiminin hər anını və səhnəarxası görüntülərini qeydə alacaq. Açılış Mərasimi Baku2015.com səhifəsində canlı yayımlanacaq və Bakı vaxtı ilə saat 12-dən başlayan canlı yayım saytda və sosial media platformasında yerləşdiriləcək.
Mənbə: http://www.buro247.az