Bu yazını doktorantura tezisimdən götürərək paylaşıram… Oxuduğunuzda görəcəksiniz ki, hələ 2004-2005-də kənd təsərrüfatı sahəsində aşkar müqayisəli üstünlüyə malik məhsullar vardı… Ancaq illər getdikçə bu üstünlüklər azalmağa doğru getməyə başladı… Son statistikalarda bu özünü göstərir… Demək ki vaxtında effektiv tədbirlərlə aşkar müqayisəli üstünlüyə malik məhsulların istehsalı və ixracının inkişaf etdirilməsi yönündə tədbirlər görülməli idi…
Ölkələrin müəyyən iqtisadi sektora aid olan məhsullarının beynəlxalq miqyasda rəqabət gücü ən əhəmiyyətli üstünlüklərdən biri hesab edilir. Beynəlxalq rəqabət gücünün hesablanmasının ənənəvi üsullarından biri Macar ekonomist Bela Balassanın (1928-1991) aşkar Müqayisəli Üstünlüklər (AMÜ) (Revealed Comperative Advantage-RCA) indeksidir. Eyni zamanda bu indeks bir ölkənin bir malın istehsalı və ixracındakı ixtisaslaşmayı ölçən bir indeks olaraq da qəbul edilir. Bu indeks Bela Balassanın adı ilə ifadə edilərək Balassa İndeksi kimi də adlandırılmaqdadır.
Müqayisəli ixrac performansını ölçmək üçün istifadə olunan Balassa indeksini (AMÜ) aşağıdakı şəkildə ifadə edilir:
İndeks hesablanma nəticəsində:
Dövlət Statistika Komitəsinin və Dünya Qida və Kənd Təsərrüfatı Təşkilatının statistikalarından Azərbaycanın və dünyanın həm ümumi ixrac rəqəmləri, həm də müxtəlif kənd təsərrüfatı məhsullarına aid ixrac rəqəmlərini istifadə edərək yuxarıda göstərilən hesablama üsulu ilə müəyyən kənd təsərrüfatı məhsullarının Balassa indeksi hesablanmışdır. Cədvəl 1-də Azərbaycanın və Dünyanın 2004 və 2005-ci illərdə ümumi ixrac rəqəmləri verilmişdir.
Cədvəl 1: Azərbaycanın və Dünyanın İxrac Rəqəmləri (2004-2005)
2004-cü ildə İxrac Dəyəri |
2005-ci ildə İxrac Dəyəri |
|
Azərbaycan | 3614,30 | 4346,90 |
Dünya | 8964000,00 | 10200000,00 |
Qaynaq:
Nümunə üçün 2004 və 2005-ci illərin statistikalarında bəzi kənd təsərrüfatı məhsullarının Azərbaycan və Dünya üzrə ixrac rəqəmləri 2-ci cədvəldə verilmişdir. Bu iki cədvəldəki statistik məlumatlardan istifadə edərək hesablanmış AMÜ (Balassa) İndeksleri isə 3-cü cədvəldə göstərilmişdir. 3-cü cədvəldən göründüyü kimi 2004 və 2005-ci illərdə 20-dən çox kənd təsərrüfatı mallarının AMÜ (Balassa) indeksi 1-dən çox dəyər qazanmışdır. Xüsusilə, pambıq tiftiyi və çiyidi, pambıq çiyidi yağı, şəkər çüğündürü, təzə meyvələr, barama, qabıqsız təmizlənmiş fındıq, qarğıdalı yağı, meyvə unu, çay, alma kimi xam və işlənmiş kənd təsərrüfatı mallarının AMÜ indeksi yüksək dəyərlərə sahib olmuşdur.
Ölkədə istehsal olunan və yüksək ixrac performansı göstərən bu məhsulların beynəlxalq rəqabət üstünlüyünə və gücünə malik olmasl ölkənin kənd təsərrüfatı sektorunun müəyyən istiqamətlərdə inkişafında önəmli rol oynaya bilər. 2004-cü ildə AMÜ indeksinin 1-dən çox olması faktoruyla bərabər, cədvəldə göstərilən malların əksəriyyətinin 2005-ci ildəki AMÜ indeksləri, 2004-cü ildəki indeks dəyərlərunə görə artıbdır. Bu artımlar ölkənin eyni adlı mallarda beynəlxalq rəqabət üstünlüyü və gücünə malik olduğunu göstərməklə birgə potansial müqayisəli üstünlüyə də sahib ola biləcəyini göstərir.
2004-cü ildə AMÜ indeksinin 1’dən artıq olmasıyla birliktə, tabloda yer alan məhsulların böyük əksəriyyətinin 2005-ci ilin AMÜ İndeksi dəyəri 2004-cü ilin dəyərinə nisbətdə artımın qeyd edildiyi görünür. Bu vəziyyət ölkənin eyni məhsullarda uluslararası rəqabət gücünun mevcutluğuyla birlikdə potensial müqayisəli üstünlüyə də sahib ola biləcəyini göstərir. 2004-cü ilə nisbətən 2005-ci ildə alma, təzə meyvə, meyvə unu, pomidor, kartof, qabıqlı və qabıqdan təmizlənmiş fındıq, pambıq çiyidi, pambıq tiftiyi, çay, işlənmiş və işlənməmiş tütün, sigara, distillə olunmuş spirtli içkilər, meyvə suları kimi malların AMÜ indeksi artmışdır.
Bu məhsulların arasında AMÜ indeksi ən çox artanlar isə, qabıqsız fındıq, təzə meyveler, meyve unu, alma, pomidor və kartof kimi qida məhsullarıdır. Bu kənd təsərrüfatı məhsullarının AMÜ indeksinin artımı, ölkənin ixrac ixrac məhsulları arasında meyvə və tərəvəzin nə qədər əhəmiyyətli yer tutduğunu göstərir. Eyni zamanda söyləmək lazımdır ki, AMÜ indeks dəyəri artan məhsulların çoxu, işlənməmiş kənd təsərrüfatı məhsullarıdır. Bu ölkədə qida sənayəsinin zəif olduğunu və ölkənin kənd təsərrüfatı mallarının xam məhsul olaraq ixrac edildiyini göstərir. Misal üçün ölkədə tekstil, iplik və toxuculuq sənayesinin inkişaf etməməsi səbəbiylə ölkədə istehsal olunan pambıq və barama xam məhsul olaraq ixrac edilir. Digər bir tərəfdən bu vəziyyət ölkədə qida sənayəsinin inkişaf potansialının olduğunu da göstərir. Son illərdə ölkədə xüsusilə meyvə və tərəvəz məhsullarının işlənməsi üçün qurulan şirkətlərin sayı artmaqdadır. Bu sahədəki müsbət tendensiyalar AMÜ indeksində də özünü göstərməkdədir. Bu tip şirkətlərin yaranması və fəaliyyətsiz qalan sex və zavodların yenidən qurularaq sənayeyə qatılmasıyla meyvə suları, spirtli və spirtsiz içkilerin AMÜ indeksləri ildən ilə artmaqdadır. Ancaq bu müsbət irəliləyiş ölkə potansialına görə zəif qalmışdır.
Habelə yeni qurulan zavodlarda istehsal olunan qida məhsulları yetərsiz sərmaye, keyfiyyət problemi, marketinq bilgisi və fəaliyyəti əksikliyi kimi səbəblərə görə qida sənayesi məhsulu kimi hələ də ixrac edilməməkdə və ya ixracı çox zəif qalmaqdadır. Ölkə, taxıl məhsullarının idxal edilməsinə baxmayaraq, buğda unu kimi işlənmiş taxıl məhsulları içində yer alan bir məhsulda müqayisəli üstünlüyə sahibdir. Bu üstünlük ölkədə taxıl məhsulları istehsalının, işlənməsi və ixracı sahələrinin potansial inkişafa açıq olduğunu göstərir.
AMÜ indeksi cədvəlinə nəzər yetirdiyimiz zaman bəzi malların 2005-ci ildə AMÜ indeksi 2004-cü ildəki indeksə görə azalmışdır. Bunlara şəkər çuğunduru, günəbaxan yağı, qarğıdalı yağı, qoyun dərisi (yunlu) kimi mallar aiddir. Bu malların AMÜ indeksinin azalmasının müxtəlif səbəblərinin olduğunu qeyd etmək lazımdır. Belə ki, 2005-ci ildə ölkədə Aran İqtisadi zonada yerləşən İmişli rayonunda qurulan şəkər zavodu istehsala keçmiş və ölkədən bu zamana qədər ixrac olunan şəkər çuğundurunun böyük hissəsi bu zavodun istehsalında xammal olaraq istifadə olunmağa başlanmışdır. AMÜ indeksinde bu məhsulda bir azalmaya səbəb olsa da bu faktoru ölkədə qida sənayesinin inkişafı və ölkə əhalisinin şəkər ehtiyacının qarşılanması istiqamətində müsbət bir hadisə kimi qiymətləndirmək lazımdır.
Cədvəl 2 : Bəzi Kənd Təsərrüfatı Məhsullarının Azərbaycan və Dünya Üzrə İxrac Rəqəmləri (2004-2005)
Məhsullar |
2004-cü ildə |
2004-cü ildə |
2005-ci ildə |
2005-ci ildə |
|
1. | Alma | 11318 | 3835231 | 19607 | 3507943,65 |
2. | Pambıq çiyidi | 325 | 288546 | 409 | 208696,74 |
3. | Pambıq tiftiyi | 35525 | 9673173 | 40339 | 7209839,64 |
4. | Pambıq çiyidi yağı | 1182 | 85791,95 | 1163 | 84754,61 |
5. | İşlənmiş təmizlənmiş tütün | 1390 | 2509508,83 | 1906 | 2469096,1 |
6. | İşlənməmiş xam tütün | 4103 | 6539055,49 | 5396 | 6368605,93 |
7. | Siqaret | 7101 | 13144955,12 | 18514 | 14642617,16 |
8. | Çay | 18578 | 3271661 | 14097 | 1896135,96 |
9. | Barama | 55 | 2775,43 | - | - |
10. | Qoyun dərisi (yunlu) | 800 | 654351,35 | 430 | 541846,28 |
11. | Günəbaxan yağı | 18048 | 2413040,16 | 3195 | 2798495,67 |
12. | Təzə və quru tərəvəz | - | 305767,23 | 164,29 | 327728,84 |
13. | Təzə meyvələr | 10744 | 575737,17 | 36123 | 753490,6 |
14. | Meyvə suları | 7991 | 1974869,7 | 9850 | 2238710,11 |
15. | Buğda unu | 157 | 2137689,45 | 1623 | 2249607,4 |
16. | Meyvə unu | 77 | 140069,58 | 910 | 180530,89 |
17. | Qabıqsız fındıq | 9956 | 964339,91 | 84214,79 | 1641324,73 |
18. | Qarğıdalı yağı | 8017 | 645338,26 | 6047 | 749423,96 |
19. | Şəkər çuğunduru | 5014 | 15285,95 | 2137 | 34816,43 |
20. | Pomidor | 5954 | 4373942,44 | 14965 | 4982024,16 |
21. | Kartof | 4800 | 2218717,94 | 9364 | 1875987,08 |
22. | Distillə edilmiş spirtli içkilər | 3819 | 16021632 | 7308 | 17055515,17 |
23. | Barama qozası | 308 | 46528,67 | 154 | 55417,04 |
24. | Qabıqlı fındıq | 93 | 54986,09 | 165 | 66449,07 |
Qaynaq: Food and Agricultural Organization qaynaqlarından alınan statistika məlumatları istifadə olunmuşdur.
Cədvəl 3: Bəzi Kənd Təsərrüfatı Məhsullarının Hesablanmış AMÜ İndeksləri
Məhsullar |
2004-cü ildə |
2005-ci ildə |
|
1. | Alma | 7,32 | 13,12 |
2. | Pambıq çiyidi | 2,79 | 4,60 |
3. | Pambıq tiftiyi | 9,11 | 13,13 |
4. | Pambıq çiyidi yağı | 34,17 | 32,20 |
5. | İşlənmiş təmizlənmiş tütün | 1,37 | 1,81 |
6. | İşlənməmiş xam tütün | 1,56 | 1,99 |
7. | Siqaret | 1,34 | 2,97 |
8. | Çay | 14,08 | 17,45 |
9. |
Barama |
49,15 | - |
10. | Qoyun dərisi (yunlu) | 3,03 | 1,86 |
11. | Günəbaxan yağı | 18,55 | 2,68 |
12. | Təzə və quru tərəvəz | - | 1,18 |
13. | Təzə meyvələr | 46,28 | 112,49 |
14. | Meyvə suları | 10,04 | 10,32 |
15. | Buğda unu | 0,18 | 1,69 |
16. | Meyvə unu | 1,36 | 11,83 |
17. | Qabıqsız fındıq | 25,61 | 120,40 |
18. | Qarğıdalı yağı | 30,81 | 18,93 |
19. | Şəkər çuğunduru | 813,52 | 144,03 |
20. | Pomidor | 3,38 | 7,05 |
21. | Kartof | 5,37 | 11,71 |
22. | Distillə edilmiş spirtli içkilər | 0,59 | 1,01 |
23. | Barama qozası | 16,42 | 6,52 |
24. | Qabıqlı fındıq | 4,19 | 5,83 |
Qeyd: Cədvəl 1 və Cədvəl 2-dəki statistik məlumatlar və Aşkar Müqayisəli Üstünlüklər Metodu istifadə olunaraq hesablanmışdır.
Qoyun dərisinin AMÜ indeks dəyərinin azalma səbəbinin əsas faktoru olaraq, ölkədə SSRİ vaxtından qalan dəri və dəri məmulatları istehsalı zavodunun öz istehsalını arttırmasını qeyd etmək mümkündür. Günəbaxan və qarğıdalı yağlarının AMÜ indekslərinin azalması, bu məhsilların dünya üzrə ixracının artmasının amma ölkənin bu məhsulların ixracının artmaması və hətta azalmasından meydana çıxmışdır. Bu azalmanın əsas səbəblərindən biri ölkə içində bu məhsullara olan tələbatın və istehlakın artmasıdır. Eyni zamanda bu azalmada bütün dünyada bu qida ürünlərinin istehsalı və ixracında yaşanan rəqabətin təsirinin olduğunu da qeyd etmək lazımdır.
Aşkar Müqayisəli Üstünlüklər metodu məhsulların rəqabət üstünlüyünü ortaya çıxarmaqdadır. Mövcud rəqabət üstünlüyünə malik məhsullarla birlikdə potansial üstünlük qazana biləcək məhsulların da oratya çıxa biləcəyini nəzərə aldığımız zaman, ölkənin kənd təsərrüfatının inkişafının bu istiqamətdə böyük potansiala malik olduğunu qeyd edə bilərik. Ölkədə gələcək illərdə kənd təsərrüfatı məhsullarının istehsalında digər faktorlarla bərabər, Aşkar Müqayisəli Üstünlüklər İndeksi faktorunun da nəzərə alınması kənd təsərrüfatı məhsullarının müəyyən hissəsində beynəlxalq rəqabət gücünü yüksəldəcək və ümumi olaraq kənd təsərrüfatının inkişafında müsbət effekt yaradacaqdır.
Müəllif: Cəbrayıl Vəliyev
Mənbə: http://jabrayilvaliyev.com