Apple 'Yeni İl'ə həsr olunmuş reklam çarxı təqdim etdi

Apple 'Yeni İl'ə həsr olunmuş reklam çarxı təqdim etdi
2116

Yeni ilin yaxınlaşması ilə əlaqədar olaraq şirkətlər izləyicilərə öz doğmalarına hədiyyə almağı xatırladan parlaq reklam layihələri təqdim etməyə başlayıb. Bu şirkətlərdən biri də Apple şirkətidir. Apple bu fikri geniş miqyasda həyata keçirdi və yeni ilə həsr olunmuş reklam layihəsinə amerika müğənnisi Sandra Day ilə birlikdə Milada həsr olunmuş musiqini səsləndirən müğənni Stevie Wonderi dəvət etdi. Reklam çarxında əfsanəvi müğənni və onun tərəfdaşı Sandra Day "Someday At Christmas" musiqisini səsləndirir. Stevie Wonder bu mahnını hələ 1967-ci ildə oxuyub və özünün Milada həsr olunmuş albomuna daxil edib. Musiqinin sədaları altında böyük ailə bir yerə yığışır, şam ağacı bəzənilir, bir – birlərinə hədiyyələr verir və gözəl anlar yaşayır.

Mənbə: http://facemark.az