Apple WWDC konfransında yeniliklərini təqdim etdi

Apple WWDC konfransında yeniliklərini təqdim etdi
851

Konfransın başlıca yeniliyi iOS9 mobil platforması olub. Bu platformadakı dəyişikliklər sürətin artırılması, batareyadan işləmə müddətinin 3 saat çoxalması və "Proactive Assistant" vasitəsilə axtarışın yaxşılaşdırılmasıdır.

"Proactive" faktiki olaraq "Siri"nin əlavəsi və "Google Now"nun rəqibidir. Yeni funksiya smartfon sahibinin gün ərzindəki davranışını öyrənəcək, ona məsləhət bildiyi kontenti "gərəkli vaxt"da təklif edəcək. Məsələn, smartfon sahibi həftədə 3 dəfə idman zalına gedirsə və bu zaman qulaqcıq taxaraq musiqiyə qulaq asırsa, "Proactive" onun üçün həmin zamanda məşq üçün enerjili musiqini səsləndirəcək. Funksiya elektron poçt və başqa kateqoriyalardan tanınmayan telefon nömrələrini də tapıb çıxaracaq.

Digər yeniliklər arasında "Apple Maps" ictimai nəqliyyat marşrutları, yeni multimediya xəbər kontentli "News" əlavəsi, "Apple Pay" proqramının aktivləşməsi var. "Passbook" proqramının adı dəyişərək "Wallet" olub.

iPad-a eyni vaxtda bir neçə işi yerinə yetirmək imkanı verən funksiya əlavə olunub. Ən başlıcası isə "ağıllı" axtarış, "Siri" ilə inteqrasiyası, pleylistlərin seçimi və 24 saatlıq "Beats One" radiosuna malik "Apple Music" musiqi servisi işə salınıb. Servis payızda "Android"də də işə düşəcək. "Apple Music" pulludur və aylıq abunə haqqı 10 dollardır.

Mənbə: http://www.buro247.az