ABŞ-ın “Apple” korporasiyası gələn ilin fevral ayında Çində öz ödəniş sistemini istifadəyə verməyi planlaşdırır. ABŞ şirkəti artıq Çinin 4 iri hökumət bankları ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Çin bazarı “Apple” korporasiyası üçün olduqca vacibdir. Bu maliyyə ilinin dördüncü rübündə Çində “iPhone” satışları demək olar ki, 2 dəfə artıb. Bundan sonra Amerika korporasiyası Çində “Alibaba Holding Group” şirkətinin yaratdığı “Alipay” ödəniş sisteminə rəqib olacaq.
Bundan başqa, “Apple” dövlət konserni tərəfindən nəzarət olunan və ölkənin bank kartlarının, milli valyuta olan yuanla əməliyyatların aparılmasında inhisarçı şirkət olan “UnionPay”la rəqabət aparmalı olacaq. Həmçinin şirkət dövlətin idarə etdiyi maliyyə agentlikləri tərəfindən maneələrlə qarşılaşa bilər.Daha öncə xəbər verilmişdi ki, “Apple” şirkəti internet-cüzdanın öz variantını yaratmaq niyyətindədir.
Mənbə: http://ikt.lent.az/