ABŞ-ın “Apple” şirkəti sosial şəbəkə üçün patent hüququ alıb.
"Həyat tərzinə əsaslanan sosial qruplar" (Lifestyle-Based Social Groups) adlanan patent üçün müraciət ötən il ABŞ-ın Ticarət Markaları və Patentlərin Qeydiyyatı Bürosunda qeydiyyatdan keçib. AZƏRTAC Rusiya saytlarına istinadla xəbər verir ki, sistem istifadəçinin hərəkət istiqamətini və aktivliyi ilə bağlı məlumatları izləyəcək.
Bu informasiya əsasında sosial şəbəkə istifadəçinin vərdişlərinə uyğun "Sosial qruplar" yaratmağı təklif edəcək. Nəticədə qrup üzvləri məlumat mübadiləsi edə biləcəklər. Qruplar istifadəçinin sorğusu olmadan anonim əsasda da yaradıla bilər. Bundan başqa, toplanan məlumatlar istifadəçiyə əlavə funksiyalar yaratmağa imkan verəcək.
Mənbə: http://www.buro247.az/media/news/apple-sosial-b-k-yarad-r.html