39 yaşlı sirk artisti və aktyor Üzeyir Novruzov Amerikanın məşhur "America's Got Talent" şousunda iştirak edir. 2002-ci ildən ABŞ-da yaşayan Azərbaycanlı Üzeyir Novruzov amerikalı münsiflər heyətinin qarşısında Çarli Çaplin obrazında, pilləkənlə müxtəlif fəndlər işlədərək çox maraqlı çıxış təqdim edib. Bununla o, münsiflər heyətinn bütün üzvlərini heyran etdi və onların bütün tamaşaçılarla birlikdə ayaqüstə alqışlamasına nail oldu.
Münsiflər heyəti onun çıxışını - inanılmaz, artistin özünü isə, onun kumiri - Çarli Çaplin kimi dahi adlandırdılar və səs birliyi ilə Üzeyir Novruzovu "America's Got Talent" şousunun növbəti mərhələsinə keçirdilər. Circopedia.org saytının məlumatına görə, Üzeyir Novruzov Rusiyanın Eysk şəhərində dünyaya göz açıb. O, Sirk ustalıqlarını Moskvada öyrənib, Böyük Moskva sirkində, Vernadski bulvarında işləyib və burada onun istedadı kəşf edilərək ABŞ-a "Big Apple Circus" şirkətinə və sonra da "Cirque Du Soleil"-yə dəvət olunmuşdur.
Üzeyir Novruzovun "America's Got Talent" şousundaki möhtəşəm çıxışını izləməyə dəvət edirik və Üzeyirə daha böyük uğurlar arzu edirik!