Artıq 6 ildir ki ölacademic freedomkəmizin aparıcı universitetlərində birində dərs verməkdəyəm. İlk illərdə bakalavr pilləsində dərs götürmüşdüm. Daha sonra gün içi dərslərin daimi işimə çox mane olmasın deyə bakalavr pilləsində dərs götürmədim. Magistr və MBA kurslarında dərs verməyə başladım. Həm də bu pillədə tədris keçən müəllim heyətində PhD dərəcəsinin olmasının bu sahədəki icra orqanının tələblərindən biri kimi qarşılıqlı olaraq faydalı olmaqdadır.
Təbii ki hazırda işlədiyim qurumdan öncə bir semestr adını qeyd etmək istəmədiyim başqa bir təhsil qurumumuzda “Türkiyə İqtisadiyyatı” dərsini tədris etmişdim və bu dərs aşağı kursun dərsi olmasına baxmayaraq bu dərsdən buraxılış imtahanı suallarını məndən istəndiyində can-i könüldən hazırlayıb vermişdim. Bu tədris qurumundan ayrılmama səbən növbəti semestr üçün mənə “Türkiyə Coğrafiyası” dərsini yazmaları olmuşdur ki… mən idarəetmə və iqtisadiyyat ixtisaslarına sahib biri kimi coğrafiyadan dərs keçməyimi dərs alan tələbələrə zərərli olduğunu söylədim və buna görə bu tədris ocağından ayrıldım. Hətta 1 semestrə düşən kiçik məbləği belə götürmədim.
Bu illər içində başqa bir tədris ocağından təklif gəldi və razılaşaraq 1 il orada “Dünya İqtisadiyyatı” və “Beynəlxalq iqtisadiyyat” dərslərini tədris etmişəm. Bir il əvvəl çox hörmətli bir müəllim dostumun məsləhəti və dəvəti ilə başqa bir özəl üniversitetdən də dərs demək təklifi almışdım, hətta 1 həftə dərsə də başlamışdım. Ancaq bu qurumun təhsilə və tədrisə münasibəti və indi bəhs edəcəyim mənim üçün mənasız bəzi tələbləri xoşuma gəlmədi və davam etməmək qərarını verdim.
Bu yazını yazmaqda əsas məqsədim ali təhsil sahəsində icra orqanının universitətlərin və ya ümumiyyətlə ali təhsildəki akademik azadlıq prinsipinin arxa planda tutulması və bu prinsipə zidd olan mənasız tələbləri irəli sürməsidir. Öncə akademik azadlıq nə olduğunu paylaşaq…
Akademik azadlıq:
Bir akademik sistemdə, mühitdə yer alan şəxslərin fərdi və ya ümumi səylə bir bilgini, informasiyanı, elmi araşdırma, analiz, müzakirə, sənədləşdirmə, fikir ideya ortaya qoyma, yaradıcılıq, öyrətmək, izah etmək və yazmaq yoluyla əldə etdiklərində, təkmilləşdirmə işlərində və gənc nəslə ötürmə fəaliyyətlərindəki azadlıqlarıdır.
Bəli bu azadlıqlar əngəllənməməlidir. Akademik həyatda əngəllər inkişafın qarşısını alan faktorlardır.
Bu anlamsız manelərdən biri nədir? Tədris olunan dərsə aid Syllabuslar tələb edilir. Ancaq əgər bir tədris ocağında eyni dərsi fərqli iki müəllim tədris etməsinə baxmayaraq Syllabuslarin bənzər və eyni olması tələb edilir. Bu akademik azadlığa tərs olan bir anlayışdır. Hər bir akademik ünvana sahib olan müəllimin tədris proqramı və ya tədris edəcəyi mövzular fərqli ola bilər və hatta olmalıdır. Mən iş həyatı ilə əlaqədar olduğum üçün daha çox iş həyatı ilə əlaqədar mövzulara üstünlük verirəm, daha çox araşdırma tələb edən və daha güncəl mövzuları əhatə etməyə çalışıram. Ancaq tələb 2 və ya 3 müəllimin hazırladığı syllabuslar eyni olmalıdır. Bu yuxarıda qeyd elədiyim akademik azadlıq prinsipinə ziddir.
Başqa mənasız bir tələb universitetlərin müəyyən şəxslərin kitablarını qaynaq kimi mütləq istifadə tələbi irəli sürməsi və hətta imtahan suallarının həmin kitablar əsasında hazırlanamsı tələbidir. Elə yuxarıda qeyd etdiyim universitetlərin birindən ayrılma səbəblərindən biri də bu idi. Bu da akademik azadlıq prinsipinə ziddir. Bütün bunların səbəbi, təbii ki təhsil-tədris sisteminin düzgün qurulmadığı və inkişaf istiqamətli olmamasıdır.
Akademik həyatda əngəllər inkişafın qarşısını alan faktorlardır.
Müəllif: Cəbrayıl Vəliyev
Mənbə: http://jabrayilvaliyev.com/