Ağıllı olub tənbəl işlə məşğul olanlar

Ağıllı olub tənbəl işlə məşğul olanlar
3188

İş ilə əlaqədar gərginliyin uçub qalxdığı dünyada ən ağıllı seçim sadəcə ən ağıllı seçim olan vergisi az, ən səmərəli iş necə ola bilər? Lap az əziyyətlə gələcək karyeranı ən ağıllı yolla necə qura bilərsiz?

Bugün dünyada ağllı işlər var ki, tənbəl insanlar bununla rahatlıqla pul qazanırlar. Məsələn Beijingdə hər üç ingilis dili müəllimi özlərini inteligent kimi göstərsələr də, reallıqda çox tənbəldirlər. Bunu tanınmış kompyuter oyunları dizayneri Andry Lee Çaisiri öz məqaləsində qeyd edir. O, yazır ki, Çində dərs demək ən səmərəli və yüksək gəlirli işlə məşğul olmaq vasitələrdəndir ki, bunun üçün heç bir restriktiv standartlar yoxdur. Əsas tələb ondan ibarətdir ki, ərizədə ingilis dilli ölkədə doğulduğunu göstərəsən (yəni heç bir diploma ehtiyac yoxdur).

Lee bunu belə izah edir ki, ingilis dili müəllimlərinin dərs saatları çox dəyişkən olur. Yəni onlar daha çox part time işləyirlər, bu da əlavə təhsil, qısa məzuniyyət və ya yeni iş tapmaqla əlaqəli olur. Bu da o deməkdir ki, əgər sən karyeranı burada ingilis dili tədris etməklə qurmaq qərarındasansa, bilməlisən ki, sən davamlı olaraq irəliləyəcəksən. Sizin gəlir səviyyəniz həftədə 50 saat işləyən və ölənə qədər iş vaxtından artıq müddətdə orta siniflərə dərs deyən kollec məzunu olmuşların gəlirinə uyğun gələcək. Sonda o yazır ”ey tənbəl, beləliklə irəli get və İngilis dilindən dərs de!”

Çində məşhur jurnallarda tez-tez biznes məqalələri ilə tanınan digər yazar Paul Denlingersə yazır ki, digər ağıllı, amma tənbəllər üçün iş kompyuter proqramçısıdır. Bunu Paul belə izah edir ki, kompyuter proqramçısı işi davamlı öyrənmə prosesli olan peşədir, lakin burada müəyyən yerə qədər öyrəndikdən sonra iş o qədər təkrar olacaq ki, artıq ağır işləməyə ehtiyac olmayacaq. O, deyir ki, işin mahiyyəti ondan ibarətdir ki, yaxşı proqramçı öz evində oturaraq yaxşı pul qarşılığında hansısa şirkətə müəyyən proqram üçün lazımi kodlaşma aparacaq vəssalam, bu da onu tənbəlliyə təşviq edəcək.o da var ki, bunun üçün də intellekt tələb olunur.

ABŞ-nın Qlobal Biznes İnkişafı Mərkəzinin vitse-prezidenti Matthew Kuzma nın fikrinə görə isə, ağllı olub tənbəl işlə məşğul olan professional ekspert işləyənlərdir. Beləki, ekspertlər kiminsə yüksəlişində yaranan problemlərə görə özünün bir neçə təklifini və şəxsi fikirlərini söyləmək qarşılığında yaxşı məvacib alırlar. Yəni öz fikirlərini satırlar. O , tənbəllərə məsləhət verərək deyir ki, bunu iş hesab etməsinlər, qazanmaq üçün daha səmərəli işi olan karyera qursunlar. O şeyləri ki, sən asan və gülməli hesab edirsən, bəziləri var ki, bu onlara çox çətin gəlir və hətta buna görə pul da ödəyirlər.

Digər ağıllı, tənbəl insanlar Hindistanda İXİA şirkətində Sistem mühəndisi işləyən Arvind Krişnana görə Microsoft şirkətində işləyənlərdir. Arvind bunu milyarder Bill Gatesin “ Mən həmişə çətin işlər üçün tənbəl insanları seçirəm, çünki onlar problemin ən asan yolunu tezliklə tapırlar.” statını əsas gətirərək söyləyir.

Bəs siz hansı peşəni ağıllı olub tənbəl işlə məşğul olanlardan hesab edirsiniz?