Tarix boyunca ABŞ digər dövlətlərdən məlumat əldə etmək üçün heyvanlardan casus kimi istifadə edib. Bəs bu ağıllı heyvanlar hansılardır?
Müasir dövrdə ABŞ-ın güclü dövlət olmasının əsas səbəblərindən biri də çox dəyərli və lazımi informasiyaya sahib olmasıdır. ABŞ başqa dövlətlərin daxili işlərinə qarışaraq müxtəlif yollardan istifadə etməklə gizli məlumatlar əldə edir. Bura telefon danışıqlarını dinləmək, sistemlərə gizli daxil olmaq və peyk vasitəsilə izləmələri aid etmək olar. Texnologiyanın üstünlüklərindən istifadə edərək heyvanlardan casus kimi istifadə etməyi yəqin ki, məhz ABŞ kimi dövlətdən gözləmək olardı.
Delfinlər
ABŞ əsgərləri tərəfidən xüsusi hazırlıq keçən delfinlərin gövdələrinə müxtəlif növ kameralar yerləşdirilir. Bu kameralar su altında keyfiyyətli çəkim etmək funksiyasına malikdirlər. ABŞ bu delfinləri başqa ölkələrin sularına buraxaraq məlumat əldə edir.
Suitilər
Bu heyvanların əsas məqsədi dəniz altında olan cisimləri qısa bir zamanda dalğıclardan daha tez gətirməkdir.
Böcəklər
The Defense Advanced research Laboratory tərəfindən hazırlanan "cyborg insects" proqramı daxilində böcəklər agent üstlükləri ilə təchiz olunur. Beləcə bu böcəklər ABŞ-ın ən yaxşı agentlərindən hesab olunur.
Arılar
Elm adamlarının araşdırması nəticəsində məlum olub ki, arılar güclü iy bilmə qabiliyyətinə malikdirlər. Bunun nəticəsində bu arılar bomba yerlərinin təyin edilməsində istifadə olunur.
Pişiklər
Soyuq Müharibə dövründə CİA tərəfindən dinləmə və təyin etmə məqsədilə hazırlanan və illər sürən təlimlər nəticəsində 20 milyon dolların sərf olunduğu bu agent pişik Rusiyaya getdiyi ilk gün bir taxi tərəfindən vurularaq öldürülür.
Mənbə: http://technote.az/