ABŞ dolları üzərindəki 7 şəxs

ABŞ dolları üzərindəki 7 şəxs
2125

1 dollar — Corc Vaşinqton


Corc Vaşinqton-ABŞın ilk prezidenti və ən məşhur milli qəhrəmanlarından biri. O, Britaniyaya qarşı müharibə zamanı ordunun komandanı olmuşdu. İki müddət işlədikdən sonra, öz evinə qayıdaraq kənd təsərrüfatı ilə məşğul olur. ABŞda masonlunuğun qurucularından hesab edilir.

2 dollar — Tomas Ceferson


Tomas Ceferson Amerika tarixinə müstəqillik bəyəmnaməsinin yaradıcılarından biri kimi düşmüşdü. Bəyəmnamə İkinci kontinental konqresin 4 iyul 1776cı il iclasında qəbul edilmişdi. XIX əsrin əvvələrində Ceferson iki dəfə seçkilərdə qalib gələrək ABŞ-ın sayca üçüncü prezidenti olmuşdu. Ceferson öldükdən sonra xeyli borc saxlamışdı. Onun mülkü sonradan hərrac vasitəsilə satışa çıxarılmışdı.

5 dollar — Abraham Linkoln


Amerika tarixinin ən parlaq prezidentlərindən biri, ABŞ-ın 16cı prezidenti Abraam Linkoln təbii ki, ən çox məhşurlaşdıran vətəndaş müharibəsi zamanı quldarlığı ləğv edən azadlıq bəyəmnaməsinin qəbul etməsi olmuşdu. Vətəndaş müharibəsində cənubun məğlubiyyətinə baxmayaraq onlar Linkoldan intiqam ala bilirlər. O, Ford teatrında tamaşaya baxan zaman güllələnir.

10 dollar — Aleksandr Hamilton


Aleksandr Hamilton ABŞın prezidenti olmayıb və heç olmaq istəməyib də. Buna baxmayaraq, 32 yaşında o, ölkənin ilk maliyyə naziri olmuşdu. Hamilton mərkəzi bankın yaradılması və pul sisteminin qurulmasında böyük pay sahibidi. Hamilton ABŞın vitse-prezidenti Aaron Berr tərəfindən dueldə öldürülmüşdü.

20 dollar — Endryu Cekson


Endryu Cekson demokratların içindən seçilən ilk prezidentdi. 1828ci ildə o, yalnız ikinci cəhddən sonra prezident seçilir və bununla da ABŞ tarixinə 7ci prezident kimi düşür. Onun idarəetmə dövründə ikipartiyalı sistem formalaşır. Cekson hindilərin “Hindi ərazisinə” köçürülməsinin qatı tərəfdarı idi. O, 1830cu ildə bu haqqda qanun imzalamışdı. Köçürülmə zamanı çoxlu sayda hindi yolda, bir çoxu isə yeni iqlim şəraitinə öyrəşməyərək yeni ərazidə dünyalarını dəyişmişlər.

50 dollar — Uliss Qrant


Amerikanlılar üçün Qrant ilk növbədə dahi hərbiçidi. Məhz o Linkolnun xahişi ilə şimallıların ordusuna başçılıq etmiş və uzunsürən vətəndaş müharibəsinə son qoymuşdu. Onun şöhrətindən istifadə edərək respublikaçılar partiyası Qrantı prezident seçkilərinə namizəd kimi göstərirlər. O, iki dəfə prezident seçilərək ABŞ tarixinin 18ci prezidenti olur.

100 dollar — Benjamin Franklin


Benjamin Franklin- Amerikan arzusunun bariz nümunəsi. O, həyatda hər şeyi özü qazanıb. Əvvəlcə nəşriyyatda işləyən Franklin sonradan özü varlanıb. Elm və siyasətlə maraqlanan Franklin ABŞın maraqlarını Avropada təmsil edən şəxs idi. Okenanın hər iki tərəfində böyük nüfuz sahibi idi. Franklin ABŞ tarixinin üç təməl müqaviləsini imzalayan yeganə şəxsdi- Müstəqillik bəyəmnaməsi, konsitutsiya, Versal sülhü.

Mənbə: http://kayzen.az/blog/Bilirsinizmi/17795/amerikan-dollar%C4%B1-%C3%BCz%C9%99rind%C9%99ki-7-%C5%9F%C9%99xs.html