İşdə irəliləməyin 5 yolu

İşdə irəliləməyin 5 yolu
2588

Hər kəs işinin təhlükəsizliyinə can atır, yəni işlədiyi təşkilatda adətən yeni, daha stabil iş şəraiti yaratmaq istəyir ki, bununla da işinin təhlükəsizliyini təmin etmiş olur. Sərvət və imkanlar artdıqca biz bunun daha da arzusunda oluruq, təbii ki, buna nail olmaq üçün işdə irəliləmə bizə kömək edə bilər. Amma irəliləmə heç də həmişə asanlıqla başa gəlmir. Biz sizə bu yolda kömək ola biləcək 5 əsas məsləhət verə bilərik ki, bunlar da sizin əziyyətli yolunuzda lazım ola bilər.

Əgər sən həqiqətən də işində irəliləmək istəyirsənsə, ilk növbədə cari işini professional şəkildə öhdəsindən gəlməlisən. Həmçinin, hər gün işə bir neçə dəqiqə tez gəl, işdən gedəndə də bir neçə dəqiqə gec. Əgər sizdən hansısa səfeh və ya zahirən əhəmiyyətsiz görünən işi görməyi xahiş etsələr ona son dərəcədə qayğı ilə rəftar edin. Heç vaxt rəisinizə xəbər etmədən hansısa işi öz öhdənizə götürməyin. Əgər rəhbəriniz bunu görməsə də, kimdənsə eşidə bilər və bu onda mənfi təəsürat yarada bilər.

İkinci məsləhət odu ki, siz rəhbərliyinizdə olan şəxslərin həqiqətənmi, sizi yaxınlarında görmək arzularının olduğundan əmin olmalısınız. Elə edin ki, onların sizin karyera məqsədləriniz haqqında məlumatları olsun. Onlara yalnız bir dəfə deyil, çox zaman ayırın ki, bunu unutmasınlar. Əgər onlar sizin məlum pozisiyada irəliləmək fikrində olduğunuzu bilməsələr, təbii ki, güvənilir birini başqa yerdə maraqlanacaqlar. Çünki sizin direktorunuza ola bilər ki, bu pozisiya ilə bağlı bir çox insanlar müraciət etsin və ya ona təklif olunsun və o sizin bu barədə fikriniz olduğunu bilməsin. Əgər ona bildirsəniz bu dəfə də olmasa növbəti vakansiyada mütləq sizi dəyərləndirəcək. Çünki ağlında qalmış olacaqsınız.

Üçüncü məsləhət: Əgər siz öz namizədliyinizi irəli sürdüyünüz və seçilmədiyiniz halda mütləq sizdən müsahibə götürəndən və ya bu işdə məsul olan şəxsdən seçilməmə səbəbini soruşun və gələcəkdə seçilə bilmək üçün nə edə biləcəyinizi ondan öyrənin. Bu sizə şans ola bilər ki, səhvlərinizi düzəldərək daha eyni hərəkətləri təkrar etməzsiniz və həqiqətəndə irəliləmək istəyirsinizsə, sizdən tələb olunan kriteriyalara riayət edəcəksiniz.

Dördüncü məsləhətsə, pozitiv, ruhlandırıcı bir şəxs olmağınızın tövsiyə edilməsidir. Elə edin ki, ətrafınızdakı insanlar daima sizin ətrafınızda işləmək həvəsində olsunlar. Həmişə onlara kömək etməyə çalışın. Geri çevirməyə tələsməyin. Ətrafınızdakı işçilərin də yüksəlməsinə, hər hansı bir işi yaxşı görə bilmələri üçün çalışın və öyrədin. Onda həmçinin onların gözündə bir lider kimi də formalaşacaqsınız.

Sonuncu məsləhətimiz, məsuliyyətli, etibarlı, tamamilə inanılmağa layiq olan biri olmağı özünüzdə formalaşdırmağınızdır. Çalışın əlavə işləri də, görməyi bacarasınız, hətta bu sizin işinizə aid olmasa belə.

İrəliləmə üçün imkanlar sonsuzdur. Əsas odur ki, işlərinizi elə qurun və məqsədlərinizi elə tənzimləyin ki, onlara xoş getsin. Əgər ilk pozisiyada seçilmədinizsə təslim olub ruhdan düşməyin. Daha çox öyrənin və özünüzü inkişaf etdirin. Öz mövqeyində pozitivsənsə, işində möhkəmsənsə əmin ol ki, nə vaxtsa sənin arzuların gərçəkləşəcək və sənin üçün mükəmməl imkanlar yaranacaq.