“Forbes 400”-ə əsasən 40 yaşa çatmamış ən gənc milyarderlər

“Forbes 400”-ə əsasən 40 yaşa çatmamış ən gənc milyarderlər
3161

Hər il Forbes jurnalı eksklüziv “Forbes 400” siyahısını təşkil edənlərin kimliyini müəyyən etmək üçün hər bir Amerikalı milyarderin xalis kapitalını araşdırır. Lakin bu klubun 11 üzvü digərlərinə nisbətən daha şanslıdırlar: onlar sağlamdırlar, saçları tökülməyib və öz var-dövlətlərini xərcləmək üçün hələ çox vaxtları var.

Bu il siyahıda 40 yaşa çatmamış 11 Amerikalı milyarder var. “Forbes 400” siyahısının ən gənc üzvü "Facebook" həmtəsisçilərindən olan 30 yaşlı Dastin Moskovitsdir. O, 2010 – cu ildə öz debütünü edən, “Forbes 400” siyahısının ən azyaşlı gəncidir. Bu yay "Snapchat" şəkil paylaşma proqramının dəyərinin 10 milyard dollara qalxması nəticəsində, Dastin Moskovits ölkənin ən gənc milyarderi adı ilə fəxr etmək hüququndan məhrum oldu. Hal-hazırda 24 yaşlı Evan Şpigel bu titulun sahibdir, lakin 1.5 milyard dollarlıq xalis kapitalı ilə o, “Forbes 400” siyahısı üçün tələb olunan göstəricilərə malik deyildir.

Moskovits keçmiş Harvard otaq yolsaşı və siyahının ən gənc üzvləri arasında ikinci yerdə olan Mark Zukerberqdən cəmi səkkiz gün kiçikdir. "Facebook"un baş direktoru gəlirini 19 milyard dollardan 34 milyard dollara qədər artıraraq ilin ən yüksək dollar qazancı olan şəxsi olmuşdur. 30 yaşlı bu gənc Amerikanın 11 – ci ən varlı şəxsi və 40 yaşına çatmamış adamlar arasında ən varlı insandır.

Siyahıda üçüncü yerdə yeni üzvümüz fevral ayında dünyaya gəlmiş, 30 yaşlı Elizabet Holmsdur. O, "Theranos" qan testi kompaniyası sayəsində bu il reytinq siyahısına qoşulmuşdur. Holms kollec üçün topladığı pul ilə Kaliforniyada "Palo Alto" şirkətini təsis etmiş və verilən məlumatlara görə 10 illik şirkətin dəyərini 9 milyard dollar artırmaqla, öz kapitalını da 400 milyon dollardan artıq yüksəltmişdir. “Forbes 400”ün  40 yaşa çatmamış ən gənc milyarderlər siyahısının digər iki yeni üzvü də 38 yaşlı, 7.6 milyard dollar kapitala malik "WhatsApp" yaradıcısı Yan Kum və nəqliyyat şirkəti sayəsində 3 milyard dollar kapital ilə siyahıya daxil edilmiş "Uber"in həmtəsisçisi, 38 yaşlı Trevis Kalanikdır.

Təəcübləndirici deyildir ki, Silikon vadisinin əliiti gəncləri milyarderlər cəmiyyətinə ağalıq edir. "Twitter"ın həmtəsisçisi və "Square"nın baş direktoru Cek Dorsinin 37 yaşı olduğu halda,"Napster"in həmtəsisçisi və "Facebook"un keçmiş baş direktoru Şon Parkerin cəmi 34 yaşı var. Simsiz şəbəkə və "Memphis Grizzlies"in sahibkarı 36 yaşlı Robert Pera "Ubiquiti Networks"in təsisçisi olmaqla 2.8 milyard dollar ilə reytinqə qoşularkən, 39 yaşlı, GoPro kamera istehsalçısı Nik Vudmanın xalis kapitalı 3.9 milyard dollar məbləğində müəyyən olunmuşdur. Faiz hesabı ilə götürsək, keçən ildən bəri öz xalis kapitalını 200 % artım ilə 3.9 milyard dollara çatdıran Vudman ilin ən yüksək qazanclı şəxsidir. "GoPro" iyun ayında ictimaiyyətin istifadəsinə verilib; məhsulun sayı günü – gündən artır və GoPro kameralarını alaraq, onları velosiped dəbilqələrinə, sörfinq lövhələrinə, sualtı üzgüçülük alətlərinə və digər yerlərə quraşdıranların sayı getdikcə artmaqdadır.

Texnologiyalar sahəsindən kənar qazanılan və ötürülən miraslar da vardır. 31 yaşlı, 7 milyard dollarlıq xalis kapitalı olan Skott Dunkan milyarder atasının dörd varisindən biridir. Varislər rəhmətlik ataları Dan Dunkanın qurduğu enerji – boru xəttinin sahibidirlər. Əvvəllər hec fond rəhbərlərinin “Forbes 400” reytinqinin yeni üzvləri siyasında tez – tez görünmələrinə baxmayaraq, bu il ancaq 39 yaşlı Çeyz Kolman siyahıya daxil ola bilmişdir. Onun "Tiger Global Management" şirkəti təxminən 12 milyard dollarlıq aktivlərə malikdir, Kolmanın şəxsi kapitalı isə 1.9 milyard dollara yaxınlaşır.

Amerikanın 11 ən gənc milyarderlərindən ibarət olan bu ilki qrupun ümumi xalis kapitalı 78.5 milyard dollar və ya təxminən “Forbes 400” reytinqinin 2.29 trilyon dollarlıq xalis kapitalının 4 % - nı təşkil edir.