Zərdab Rayon İcra Hakimiyyəti xəritədə

Zərdab Rayon İcra Hakimiyyəti

Heydər Əliyev prospekti, Zərdab, 7 AZ6300 *** 0 səs

Zərdab Rayon İcra Hakimiyyəti haqqında

Zərdab rayonu 1935-ci ildə təşkil (bu vaxtadək Zərdab bölgəsi Göyçay rayonunun tərkibində idi) olunmuş, 1 yanvar 1938-ci il tarixdə ləğv edilərək Ucar rayonu ilə birləşdirilmiş və 6 yanvar 1965-ci il tarixdən Zərdabın müstəqil rayon statusu bərpa edilmişdir. Rayonda 1 şəhər, 1 qəsəbə və 40 kənd olmaqla, 42 yaşayış məntəqəsi vardır. Ümumi əhalinin 23%-i şəhərdə, 77%-i isə qəsəbə və kəndlərdə yaşayır. Rayonda 28 inzibati ərazi dairəsi üzrə nümayəndəlik və 27 bələdiyyə fəaliyyət göstərir.

Zərdab rayonunun tarixi

Bir çox mənbələrdə Zərdab sözünün fars dilindəki zərd (sarı) və ab (su) sözlərinin birləşməsindən yarandığı göstərilir, xəstəlik yayan sarı su mənasını verdiyi bildirilir. Bəzi tədqiqatçılar isə bu adın axmaz, gölməçə, iylənmiş su mənasında işləndiyini iddia edirlər.Başqa bir mənbədə Zərdab sözünün “qızıl su” mənasını verdiyi bildirilir. Çünki o vaxtlar Kür və Qarasu çaylarının daşması nəticəsində suyun çökəkliklərdə, axmazlarda yığılan hissəsi əkinçilər üçün qızıl qədər əhəmiyyətli olurdu.Zərdabın tarixinə gəlincə qeyd etmək lazımdır ki, bugünkü Zərdab şəhəri hələ 1578-ci ilə aid türk mənbələrində “Zərdab sancağı” kimi göstərilir. Zərdab rayonunun ərazisi arxeoloji baxımdan demək olar ki, öyrənilməmişdir.

XX əsrin 70-ci illərində rayon ərazisində aparılan meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qədim bəzək, məişət əşyaları və mədəniyyət nümunələri aşkar edilmişdir və hazırda bunların bir çox nümunələri Zərdab Tarix Diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir.XX əsrlərdə Göyçay qəzasının iri kəndləırindən olan Zərdab sonralar inkişaf edərək 1935-ci ildə rayon mərkəzinə çevrilmişdir. İnzibati mərkəzi – Zərdab şəhəridir.