Zəngilan Rayon Məhkəməsi xəritədə

Zəngilan Rayon Məhkəməsi

Bakı, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 15 AZ1116 *** 1 səs

Zəngilan Rayon Məhkəməsi haqqında

Zəngilan Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Zəngilan rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Zəngilan Rayon Məhkəməsinin yaradılması

Zəngilan Rayon Məhkəməsi 1930-cu ildə yaradılmış, əvvəlki adı Zəngilan Rayon Xalq Məhkəməsi olmuşdur. Azərbaycan Respublikasının qərbində yerləşən Zəngilan inzibati rayonu cənubdan İran İslam Respublikası, şimaldan Qubadlı, şərqdən isə Cəbrayıl rayonları ilə həmsərhəddir. Ərazisi 707 kv. km, əhalisi 35370 nəfərdir. Şərqlə Qərbin qovuşduğu yerdə yerləşən bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur.

Bölgənin tarixinin qədimliyini qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar, aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri sübut edir. Zəngilan rayonu 1930-cu ilin avqust ayında yaradılmışdır. 1967-ci ildə Zəngilan qəsəbəsinə şəhər statusu verilmişdir. 29 oktyabr 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur. Zəngilan rayonunun əhalisi Azərbaycan Respublikasının müxtəlif rayonlarında məskunlaşmışdır.