Zaman Kursları xəritədə

Zaman Kursları

Bakı, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 217 AZ1000 *** 2 səs

Zaman Kursları haqqında

2002-ci ildən fəaliyyət göstərən Zaman Kursları, respublikamızda yerləşən bir çox kurslardan keyfiyyətli mükəmməl professor müəllim heyəti və keyfiyyətli tədris xidməti ilə fərqlənir. Sizi Kurslarımızla yaxından tanış olmaq məqsədilə Tədris-Qeydiyyat ofisimizə dəvət edirik.Tədris və təhsil bizim işimizdir.Biz sizə keyfiyyətli Dil və Kompüter kursları ilə birlikdə Ali Təhsilə hazırlıq kurslarımızı təqdim edirik. İstənilən səviyyədə olan tələbələri başlanğıc səviyyəsindən peşəkar səviyyəyə qədər lazım olan tədrisi veririk.Əsas məqsədimiz Azərbaycanın gənc nəslinin intellektual, bilikli və bir neçə dildə sərbəst danışa bilən şəxs kimi formalaşmasında öz töhfəmizi verməkdir.Lazımi kitablarımızın mövcud olduğu kitabxana, internet, TV şəraiti kursumuzun dinləyicilərinin istifadəsi üçün ideal formada təqdim edilir.

Xarici dillərin tədrisi

Xarici dillərin tədrisində müxtəlif yeni texnoloji vasitələrdən istifadə edilməkdədir. Kursda geniş kitabxana, , kompüter sərbəst işləmək imkanları tələbələrin istifadəsinə verilmişdir.Tələbələrin müxtəlif dərs ləvazimatlarından kitablardan pulsuz istifadə etmək imkanları vardır.
Kursu bitirən tələbələrə ofis proqramları pulsuz tədris olunur.Başlanğıc səviyyəsindən peşəkar səviyyəyə qədər tədris olunan xarici dillər danışıq dili, professional dil və işgüzar (business) dili kimi siniflərə bölünür. İstənilə tələbə istənilən səviyyədə və sinifdə təhsil ala bilər.

  • İngilis
  • Alman
  • Fransız
  • Rus
  • İtalyan
  • Ərəb

Hazırlıq kursları

Zaman Kursları Abituriyent hazırlq,YÖS hazırlıq ,fənlər üzrə hazırlıq və məktəb fənlərini təkmilləşdirmə kurslarına qəbulunu elan edir. Dinləyicilər burada bütün fənlərə yüksək səviyyədə hazırlaşdırılır.Hər ayın sonu səviyyə imtahanları ilə onların biliklərinin artmasına ciddi nəzarət olunur.Dərsləri yüksək səviyyəli ali məktəb müəllimləri aparır.Hörmətli Valideyn! Siz övladınızı bilikli, gələcəyə tam hazır olan müasir səviyyədə görmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

  • Məşğələlər məktəbdən kənar vaxtlarda keçirilir.
  • Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, biologiya və digər fənlər tədris olunur.
  • Bütün kurs dövründə şagird sınaq imtahanları vasitəsilə yoxlanılır.
  • Məşğələlərdə ümumtəhsil məktəb dərsliklərindən başqa kursumuzun hazırlıq kursu materiallarından da istifadə olunur.