Zaqatala Fındıq Fabriki xəritədə

Zaqatala Fındıq Fabriki

Faiq Əmirov küçəsi, Zaqatala AZ6200 *** 0 səs

Zaqatala Fındıq Fabriki haqqında

Zaqatala fındıq zavodu ildə 50 min ton fındıq emalı həcminə sahibdir. Zavod, fındıq mövsümündə 200 nəfər işçi qüvvəsi ilə çalışır. Bu zavod, Azərbaycanın ən keyfiyyətli fındıqlarının emal edildiyi Zaqatala, Qax, Beyləqan zonalarının ən müasir və böyük fındıq zavodudur. 2006-cı ilin noyabr ayından etibarən “Azersun” Kənd Təsərrüfatı MMC-nin tərkibində fəaliyyətini davam etdirir. Fındıq, iyul ayının sonlarına doğru yetişir və avqust ayının ortasından sentyabr ayının ortalarına qədər yığılır. Yığılan məhsul, xüsusi arıtlama maşınları ilə yaşıl qabıqdan təmizlənir və qurudulur. Daha sonra isə fındıq quru qabıqdan çıxarılır və istənilən ölçüdə kalibr edilir. Emal vaxtı fındığın içərisində olan çürük və yararsız olanları arıtlanır və satışa hazır vəziyyətdə olur. “Azersun” Kənd Təsərrüfatı MMC, Zaqatala fındıq zavodunda emal edilən məhsul, lazımi qaydada seçilib təmizləndikdən sonra, dünya standartlarında həm Azərbaycanın daxili bazarına, həm də dünya bazarına çıxarılır.